Azərbaycan — 2002-ci ildə Birləşmiş Ştatların Solt-Ley-Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarında. Azərbaycan XIX Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olundu.

Nəticələri Dağ xizəyi

DNF — bitirmədi

Dağ xizəyi idman növü üzrə turnirlər 10-22 fevralda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Elbrus İsaqov təmsil etdi. Fevralın 22-də slalom turnirində mübarizə aparan Elbrus İsaqov, çıxışını bitirə bilmədi.

İdmançıYarışFinal1-ci cəhd2-ci cəhdNəticəYerElbrus İsaqovSlalomDNF

Fiqurlu konkisürmə

Q — növbəti mərhələyə adladı

Bu idman növü üzrə turnirdə Azərbaycanı üç idmançı təmsil etdi. Kişilərin turnirində Sergey Rılov, buzüstü rəqs turnirində isə Kristin Freyzer & İqor Luxanin cütlüyü Azərbaycanın idman şərəfini qorudu.

Bu idman növü üzrə turnirlər 8-22 fevralda baş tutdu. Əvvəlcə fevralın 14-də Sergey Rılov çıxış etdi. Qısa proqramda 22-ci pillənin sahibi olan Sergey Rılov, fevralı 16-da baş tutan sərbəst proqramı da 22-ci pillədə başa vurdu və XIX Qış Olimpiya Oyunlarında 24-cü pillədə qərarlaşdı.

Fevralın 17-də isə buzüstü rəqs turnirində Kristin Freyzer & İqor Luxanin cütlüyü mübarizə apardı. Məcburi rəqsdə 17-ci, orijinal rəqsdə 18-ci pillənin sahibi olan Kristin Freyzer & İqor Luxanin cütlüyü, fevralın 20-də baş tutan sərbəst rəqsi 17-ci pillədə başa vurdu. Nəticədə Kristin Freyzer & İqor Luxanin cütlüyü XIX Qış Olimpiya Oyunlarında 17-ci pillədə qərarlaşdı.

İdmançıYarış—ÜmumiYerXalYerXalYerSergey RılovKişilər—1042220222224İdmançıYarışÜmumiYerXalYerXalYerXalYerKristin Freyzer & İqor LuxaninBuzüstü rəqs82.11782.11885.51734.617

İstinadlar

Kateqoriya:İllərinə görə Azərbaycan Qış Olimpiya Oyunlarında Kateqoriya:2002-ci ildə Azərbaycanda idman Kateqoriya:Ölkələr 2002 Qış Olimpiya Oyunlarında