Soyuq bulaq külməsi () — Çəkilər fəsiləsinə aid balıq növü. Azərbaycanın endemik canlısıdır. İlk dəfə 1950-ci ildə Akademik Əbdürrəhmanov tərəfindən Ağstafa rayonu ərazisində Kür çayı akvatoriyasında aşkarlanmışdır. Təsviri Bədəni bir qədər hündür, yanlardan isə basıqdır. Qarın və sinə üzgəcləri narıncı, digər üzgəcləri isə bozdur. Cinsi diformizim zəyifdir. Uzunluğu 9,8 sm, çəkisi isə 15 q-dır. Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 142. Mənbə Pseudophoxinus sojuchbulagi EOL

Kateqoriya:Azərbaycanın endemik faunası