Qurdbasar (Azərbaycan çoban iti, Çoban iti, Qoyun iti, Qurd və Alabaş da adlandırılır) — Azərbaycanın yerli it cinsi. Əsasən qoyunçuluqda istifadə olunur. Qoyun sürüsünün rahat idarə edilməsinə xidmət edir.
Yayılması Bu cins əsasən Azərbaycan ərazisində yayılmış və elə buradaca formalaşmışdır. Xüsusi ilə Kəlbəcər, Füzuli, Laçın, Qubadlı, Quba, Xızı, Şamaxı, İsmayıllı rayonları ərazilərindəki təsərrüfatlarda daha çox yararlanılır. Onlar, əsasən, yaylaq və qışlaqlarda saxlanılırlar. İstər dağlıq, istərsə düzən şəraitə uyumludurlar.
Xidmət sahəsi İlk əvvəl Qurdbasarlar azərbaycanlıların karvanlarının, qoyun sürülərinin, evlərinin və torpaq sahələrinin qorunmasında istifadə edilirdi. Onlar sahibinə və onun ailəsinə sədaqəti ilə seçilir. Yadlara qarşı isə çox amansız olur. Fiziki göstəricilərinin yüksək olması və sədaqətliliyi onların mühafizəyə cəlb edilməsinə səbəb olur. Hazırda isə əsasən sürüləri vəhşi heyvanlardan qorunmada istifadə edilir.
Xüsusiyyətləri 220px|thumb|Qurdbasar küçükləri Orta və iri bədən quruluşuna malik olurlar. Kök və elastik dəri onun boyun nahiyəsində buxaq əmələ gətirir. 3 yaşında yetkinləşir. 15 və yuxarı yaş yaşayan itlər uzun ömürlü hesab edilir.
Əzələli başa malik olurlar. Alt çənələri geniş açıla bilir və yaxşı inkişaf etmişdir. Burunları iri, əsasən qara rəngdə olur. Qulaqları gözləri ilə düz mütənasibdir. Dişləri yaxşı inkişaf etmişdir. Ağ dişlərə malik olurlar. Güclü boyuna malikdirlər.
Erkəklər 72 sm, dişiləri isə 66 sm hündürlüyə malik olurlar. Birincilər 52 kq, ikincilər isə 42 kq çəkiyə malikdirlər.
Xəzi Əsasən, sıx tükə malik olurlar. İtlər xəzlərin fərqliliyi ilə əlaqədar 2 tipə bölünür:
Seyrəktüklü tip — tüklərin uzunluğu 5–8 sm olur və təsadüfi hallarda quyruq nahiyəsində şişman sıx tüklü olur. Qısatüklü tip – sıx tükə malik olurlar, tükləri qısa olur. Tüklərin altında dəri yaxşı inkişaf etmişdir. Boyun nahiyəsində şirəbənzər xəz yoxdur.
Rəngləri Əsasən sarı (sarının müxtəlif çalarlarında ola bilir), qara, zolaqlı, ağ, kül rəngi və boz rənglərdə ola bilir. Hətta qırmızı-sarı rəngli ləkələr pəncə və boyun nahiyələrində görülür. Qara rəngli itlərdə göz ətraflarında sarı ləkələr olur.
Özünə məxsus özünü aparma xüsusiyyətləri Güclüdür, yığcam bədənlidir. Aktiv formada qoruma xüsusiyyətinə malikdirlər.
Hərəkətləri Sərbəstdir, tələskənliyə yol vermir. Hərəkət zamanı ön və arxa ətraflar sərbəstdir.
Tanınması Standartları "Qafqaz itlərinin cinsləri" ictimai birliyinin 7 fevral 2008-ci il yığıncağında № 01–0208 protokolu ilə təsdiqlənmişdir.
İt döyüşləri İt döyüşlərinin Azərbaycan ərazisində tarixi qədimlərə gedir. Döyüşlər xüsusilə bayram günləri təşkil edilirdi. Bu məqsəd üçün itlər xüsusilə bəslənilir. İtlərin döyüşlərdə zəif nöqtələrini minimuma endirmək məqsədilə qulaq və quyruq nahiyələri kəsilir. Bu əməliyyat əsasən itlər hələ küçük olarkən həyata keçirilir. Günümüzdə belə bu döyüşlər mövcuddur. İt döyüşlərinin həvəskarlarına Azərbaycanın, demək olar, hər bölgəsində rast gəlinir.
Maraqlı fakt Araşdırmalar göstərmişdir ki, artıq b.e. 3 min il əvvəl Azərbaycanda yerli əhlilləşmiş itlər insanlara ovda və həyətlərin, heyvanların qorunmasında yardım göstərirdilər.
Şəkilləri
İstinadlar
Mənbə И. Гасымзаде, К. Колотилова Азербайджанский волкодав — гурдбасар // Собачий остров : журнал. — СПб: Благотворительный фонд "Верность", 2012. — № 1(15). — С. 8–13. Глава III. Породы собак. — Кавказская овчарка, стр. 81–86. // Мазовер А. Племенное дело в служебном собаководстве. Издание второе, исправленное и дополненное. Под редакцией академика Васхнил Н. Д. Потемкина. Редактор М. Д Каневская. Москва: Издательство "ДОСААФ", 1960, 296 стр.
Xarici keçidlər Azərbaycan qoyun itinin (Qurdbasar) rəsmi saytı
Qurdbasar. Azərbaycan milli it növləri
Qurdbasar
Kateqoriya:İt cinsləri Kateqoriya:Azərbaycanın it cinsləri Kateqoriya:Azərbaycanın heyvan cinsləri Kateqoriya:Çoban itləri