Miraslan Bəkirli (; ) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Həyatı Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qızıl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir.Qərbi Azərbaycan (indiki Ermənistan). Yazarlar. I kitab. Bakı, "Elm və təhsil", 2016, səh.175

Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972–1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda "Zarya" qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan "Vətən səsi" qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb.

1984-cü ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Kitabları "Çən qarısı" (uşaq hekayələri) 130 səh. – "Gənclik" nəş.- 1992-ci il; "İstək" (hekayələr, povectlər, esse və mənsur şeirlər) – 340 səh. "Ağrıdağ" 1999-cu il; "Qaçqının ünvanı olmur" (publisistika) 180 səh – "Nurlan" – 2002-ci il; "Kəndim- kədərim"- 1-ci cild (publisistika) 486 səh. – "Nurlan" – 2003-cü il; "Əsərlər" – 1-ci cild (hekayələr) – 400 səh.– "Nurlan" – 2004-cü il; "Əsərlər" – 2-ci cild (povestlər) – 454səh.– "Nurlan" – 2008-ci il; "Kəndim- kədərim"- 2-ci cild (publisistika) 486 səh. "Nurlan" – 2011-ci il; "Əsərlər" – 3-cü cild ("Sürgün" romanı) – 319səh.– "Zərdabi" – 2012-ci il; "Əsərlər" – 4-cü cild ("Mübariz" romanı) – 311səh.– "Zərdabi" – 2015-ci il; "Sürgün" (roman), Ankara, "Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası" — 2012. "Mübariz" romanı – Bakı, "Zərdabi" LTD – 2015-ci il; 311 səh.

İstinadlar

Kateqoriya:Loru mahalında doğulanlar