Texnopark — elm, sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq, bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək əlavə dəyərli tədqiqat və inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun infrastruktur, üstqurum və xidmətlər ilə təsir edən təşkilatlardır.
Tarixi Elm və ya da texnologiya parkı konsepti 1950-ci ildə ABŞ da yaradılmışdır. Bu isə həmin dövrdə texnologiyanın və sənayenin sürətli inkişafına zəmin yaratmışdır.
Texnoparklar və onların işləmə prisipləri Texnopark müasir iqtisadiyyatın vacib elementlərindəndir. Texnoparkları müxtəlif aspektlərdən nəzərdən keçirmək olar: Texnoparka iqtisadi elmtutumlu məhsul istehsal edən ərazinin xüsusi növü kimi; Texnopark elmə əsaslanan kiçik sahibkarlığın dəstəklənmə forması kimi; Elm texnoparkda maliyyə və digər dəstəklər alır. Bununla da elmin dövlətdən aslılığı azalır. Beləliklə, texnoparklar milli elmin dəstəklənmə forması olur.
Texnoparkların yaradılması və inkişafı prosesləri Azərbaycandan yan keçmir. Texnoparkların inkişafı milli elm və elmtutumlu istehsalata dayaq olur. Əgər biz "texnopark"- nədir? sualına cavab vermək istəsək labirintə düşmüş olarıq. Çünki ədəbiyyatlarda və TOP-30 innovasiya menecmentləri arasında bu anlayışın izahı müxtəlif verilir. Məsələn: Finlandiyanın Otaniem texnoparkının banisi Mervi Kekiyə görə: "Texnoparklar – məkan deyil, prosesdir və texnoparkların əsas məqsədi şirkətlərə kömək etməkdir."
Texnopolis şirkətinin direktorlar şurasının sədri Pertti Xuuskonen açıqlamasına görə: "Siyasətçilərin gözəl binaların təntənəli açılışı xoşlarına gəlir, ancaq gözəl bina – bu hələ texnopark deyil. Texnoparklar — onların daxili qurluşudur. Bir çox texnoparklar heç də cəlbedici görünmürlər, ancaq onların içliyi sadəcə çox gözəldi və onların fantastik məhsulları var. Bu texnoparkların binaları yox, məhsulları və xidmətləri müştərilər tərəfindən tələb edilirlər. . . "
Texnopark — vahid infrastruktur sərhədlərində elm və texniki fəaliyyətlə məşğul olan şirkətlər birliyidir. Bir sözlə: Texnopark — spesifik yerli şərait və bazarın tələbatının təsiri altında formalaşan mürəkkəb ekosistemdir. Texnopark bir tərəfdən rezident və müştərilərin görüşdüyü və təmasda olduqları ofis, digər tərəfdən rezidentlərə göstərilən müxtəlif xidmətlər dəstidir. Əslində texnopark tədqiqatçı qruplar və texnoloji işləmələrə sorğu verən şirkətlər arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsi prosesini sürətləndirən vasitəçi bir qurumdur. Azərbaycan Respublikasının prezidentinin 2014-cü il 15 may tarixli fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar parkı haqqında nümunəvi əsasnaməyə görə"… texnologiyalar parkı (bundan sonra – texnopark) – innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi"dir.
Texnoparkların iş sxemi Texnoparkların daha çox yayılmış 3 iş sxemini qeyd etmək olar: Öz innovasiya layihələrini realizə etmək istəyən sərbəst tədqiqat və layihə qruplarına kömək (yardım); Ali məktəb və elmi-tədqiqat qruplarında toplanan elmi bilikləri kommersiylaşdırılmasına kömək; İnnovasiyanın sərbəst bazarından texnoloji qərarların importu yolu ilə istehsalçıların texnoloji məsələlərinin həlli. Texnoparkların bu zəncir üzrə hərəkəti hər iki istiqamətə təmin edir. Hər dəfə texnologiyaların alıcıları müxtəlif şirkətlər ola bilər.
Qeyd edək ki, texnopark birbaşa texnologiyaların satışı məsələlərində iştirak etmir, ancaq innovasiyaların mübadiləsi prosesinə vasitəçilik edir, başqa sözlə mübadilə üçün əlverişli şərait yaradır. Elə hallar da ola bilər ki, texnopark həmtəsisçi ola bilər. Şəraitindən asılı olaraq texnoparklar idarəetmə strukturu və inkişaf modelləri ilə fərqlənirlər.
Texnoparklar texnologiya daşıyıcıları ilə alıcıları arasında əlaqə yaratmaq üçün yaranan sərbəst qurum və ya universitet və şirkət daxilində bir strktur ola bilər. Texnoparkların əsas rolu tədqiqatçılar cəmiyyəti daxilində və ya müxtəlif texnoloji məhsul istehsalçıları arsında kommunikasiyanı təmin etməsində ola bilər. Texnoparkların yaradılmasında əsas motiv texnologiyaların təhcizatçısında və ya istifadəsində də ola bilər. Digər tərəfdən texnoparklar yerli və ya dövlət orqanları tərəfindən yaradıla bilər. Bu halda texnoparkların yaradılmasında məqsəd əraziyə yeni fəaliyyət növünün cəlb edilməsidir.
Texnoparkların növləri Biz əsasən 6 əsas növ texnoloji parkları nəzərdən keçirək. Universitet texnoparkları Regional sahə texnoparkları Sənaye texnoparkları Texnoloji inkubatorlar və ya innovasiya biznesi inkubatorları Şəbəkə texnoparkları Kovorkinq
Universitet texnoparkları Belə texnoparklar ali məktəblərin əsasında yaradılırlar. Bəzən isə universitet ilə sənaye müəssisəsinin strateji əməkdaşlığının nəticəsində yaradılırlar.
Universitet texnoparklarının yaradılmasının 3 əsas məqsədi olur:
Toplanmış elmi biliklərin kommersiyalaşdırılması; Ali məktəbdə elmi işlərin cəlbediciliyini artırmağın təmin edilməsi; Praktiki məsələlərin nəticəsi olan yeni biliklərin axınının təmin edilməsi.
Universitet texnoparklarının inkişafına mane olan qanunvericilikdə olan məhdudiyyətlərdir.
Regional sahə texnoparkları Belə texnoparklar regional iqtisadiyyatın hər hansı bir sektorunda innovasiya prosesinin aktivləşdirilməsi məqsədilə yaradılır. Regional sahə texnoparkları çoxlu xidmətlər göstərə bilərlər: layihənin hüquqi müşayiət etmək, biznes məsləhət, sertifikatlaşma, tədqiqat təşkilatlarına laboratoriyalar təqdim etmək, seminarların təşkili və. s. Adətən bu növ texnoparklar texnologiyaların regional sənaye müəssisələrinə importunu təmin etmək və ya ayrıca götürülmüş şirkətin texnoloji məsələlərini həll etmək üçün yaradılır. Bu halda texnopark istehsal şirkətləti ilə sıx əlaqə yaradır, bununla da rezident və ya ortağın texnoloji məsələlərini həll edəcək kiçik innovasiya şirkətlərinin yerləşməsinə şərait yaradır. Başqa sözlə, texnopark istehsal şirkətlərinə elmtutumlu və bahalı prosesləri kənarda sərbəst kiçik innovasiya müəssisələrinə ötürməyə (autsorsinq etməyə) kömək edir (Autsorsinq — 2 təşkilat arasında müqavilə əsasında birinin digərinə bəzi funksiyalarının, biznes proseslərin və tədbirlərin ötürülməsidir). Regional sahə texnoparklarının əsas gəlir mənbəyi ərazinin icarəyə verilməsi və istehsal şirkətləri üçün texnoloji həllərin axtarışı üzrə xidmətlərin göstərilməsidir.
Sənaye texnoparkları Belə texnoparklar mahiyyət etibarilə texnoloji park deyil. Bu növ texnopark əsasən yeni istehsalın təşkili üçün fiziki infrastruktur obyektlərinin kompleksidir. Burda daha çox ərazilər müxtəlif fəaliyyət növləri üçün icarəyə verilir. İndustrial texnoparkların yaradılması innovasiya mühitinin inkişaf və sıxlığ səviyyəsindən asılı deyil, əsasən onlar texnologiya mübadiləsi üçün nəzərdə tutulmayıblar, daha çox yeni iqtisadi fəaliyyətin növlərinin təşkili üçün müasir infrastrukturun yaradılmasına istiqamətlənirlər. İstehsalat texnoparkının yerləşdirilməsi şərtləri və onun obyektlərinə tələbat əsas rezidentlərin istəyi əsasında və ya sahə sənayesinə uyğun istehsal komplekslərinin yerləşdirilməsi təcrübəsinin təhlili nəticəsində müəyyən edilir. Çox vaxt əlavə nəqliyyat və logistika, mənzil tikintisində ixtisaslaşma tələb edir.
Texnoloji inkubatorlar və ya innovasiya biznesi inkubatorları Belə texnoparklar kiçik innovasiya şirkətlərinə formalaşmalarının ilkin mərhələsində kömək etmək üçün nəzərdə tutulurlar (start-up, seed). Bu növ texnoparklar innovasiya şirkətlərinin inkişafı üçün bütün lazımi ehtiyat və xidmətləri təmin edirlər. İnkubatorlar öz mahiyyətinə görə gəlir əldə etmək üçün nəzərdə tutulmayıblar, biznesin inkişaf etdirilməsi üçün imtiyazların təmin edilməsinə istiqamətlənirlər. Ona görə də inkubatorların yaradılmasına sərbəst biznes kimi baxmaq olmaz, onların yaradılmasına daha çox sosial istiqamət kimi baxılaa bilər. Onun müvəffəqiyyəti daha çox kiçik müəssisələrin axını və müəyyən həcmdə icarəyə verilənsahələrdən asılıdır.
Şəbəkə texnoparkları Şəbəkə strukturları texnoparklar tərəfindən öz imkanlarını genişləndirmək üçün yaradılır. Şəbəkə texnoparklarının tikintisi əsasən yerli hakimiyyətin təşəbbüsü olur. Onlar bu obyektin köməyi ilə yaradılan texnoparkdan əldə olunan iqtisadi və sosial xeyri paylaşdırmaq istəyirlər. Şəbəkə texnoparklarının yaradılması üçün iqtisadi zəmin olmalıdır: müxtəlif şəhərlərdə yaşayan və işləyən tədqiqatçıların cəlb olunmasının təmin edilməsi, texnoparkların saxlanılması xərclərinə qənaət (texnoparkın tərkibinə əvvəl yaradılan tədqiqat mərkəzlərinin salınması) və. s. Şəbəkə strukturu texnoparkların imkanlarını artırır, onların xidmətlərinin sayını çoxaldır, səmərəlilik göstəricilərinin yaxşılasmasına imkan yaradır, texnopark üçün əhəmiyyətli olan şəhər və digər ərazilərdə fiziki iştirakları təmin edilir. Şəbəkə texnoparkları regional, sahə və ya universitet texnoparklarının qollarındandır.
Şəbəkə texnologiyalarına əsaslanan texnopark xüsusi quruluşdur. Belə texnopark quruluşu regionun innovasiya imkanlarının rasional istifadə əsasında informasiya mübadiləsinin köməyi ilə səmərəli innovasiya prosesini təşkil etməyə qadirdir. Regionun malik olduğu innovasiya ehtiyatlarının sayı və keyfiyyətindən asılı olaraq innovasiya dövrünün həyata keçməsində öz aralarında müəyyən funksiyaları, mümkün riskləri və gələcək gəliri paylaşdıran müxtəlif idarə və təşkilatlar iştirak edə bilər. Belə vəziyyətdə texnoparkın menecerlərinin vəzifəsi regionda innovasiya prosesinin bütün üzvlərini əlaqələndirən informasiya fəaliyyətinin təşkili və informasiya axınının əlaqələndirilməsidir. Bu regionda və Azərbaycanın digər regionlarında yerləşən innovasiya potensialını birləşdirməyə, xarici mütəxəssislərin və elmi-tədqiqat bazalarından istifadə etməyə imkan verir.
Kovorkinq Belə mərkəzlər bir növ tədqiqat cəmiyyətlərinin ənənəvi texnoparkların xidmət haqqının artmasına, işgüzar infrastrukturun çatışmazlığına və informasiya texnologiyalarının inkişafına olan cavabdır. Bu ofis mərkəzləridir, burda sərbəst insanlar bir ərazidə işləyirlər. Belə model daha çox əqli əməklə məşğul olanlara yarayır. Kovorkinq mərkəzlərinin müvəffəqiyyəti onların tədqiqatçılar cəmiyyətinə daxil olmaqları, bilik axınlarını və informasiya mübadiləsini formalaşdırmaqları, başlayanlara şərait yaratmaqlarıdır. Bu mərkəzlərin başlıca funksiyaları tədqiqatçılara innovasiyanın qlobal bazarına "giriş"-in təmin edilməsi və yerli tədqiqatçılar cəmiyyətlərinə dəstəkdir. Klassik texnopark fəaliyyətindən fərqli olaraq kovorkinq mərkəzlərini fəailiyyəti fiziki infrastruktur ilə işləməkdən kommunikasiya yaratmaq və peşəkar cəmiyyətlərlə işlərə (fərdi məsləhət, səmərəli layihə qruplarının formalaşması və s.) yönəldilir. Bu halda az müddət ərzində aşağı qiymətə yeni iş yerləri yaratmağa və ərazidə işgüzar mühitün yaradılmasına gətirir.
Regionun xüsusiyyətlərinə görə texnoparkların növləri Regionun xüsusiyyətlərini nəzərə alaraq bu və ya digər funksiyalara istiqamətlənərək texnoparkları digər növlərə bölə bilərik: İnnovasiya Marketinq İnvestisiya İstehsalat Paylaşmış Kompleks