"Sükut pozuntusu" — rejissor Qüdrət Həmidovun 2014-cü ildə "Nərimanfilm" kinostudiyasında ekranlaşdırdığı film.
Məzmun
Yaşlı qadın (Nuriyyə Əhmədova) oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq.
Film haqqında
Filmdə Akif İslamzadənin ifasında "Ötən günlər" mahnısından istifadə edilmişdir. Film aktrisa Nuriyyə Əhmədovanın kinoda son işidir. Həyatda qızını vaxtsız itirmiş aktrisa Nuriyyə Əhmədova filmin ssenarisini oxuyan kimi filmdə çəkilməyə təmənnasız razılaşmışdı. Aktrisanın dediyinə görə, bu ssenarini həyatda yaşamışdı. Bununla bağlı filmin rejissoru qeyd edirdi:
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi: Qüdrət Həmidov Quruluşçu rejissor : Qüdrət Həmidov Quruluşçu operator : Elşən Əliyev Səs rejissoru : Teymur Abdullayev Səs operatorları : Zaur Məmmədov, Əliabbas Qasımov Montaj edənlər : Ramil Əhmədov, Qüdrət Həmidov Rejissor assistenti : Kamran Həmidov Operator assistenti : Rahib Hacılı İşıqçı : Novruz Novruzov Qrim ustası : Cəmilə Rəcəbova Geyim rəssamı : Olqa Şabanova (Olga Şabanova kimi) Səhnə tərtibatçısı : Vüqar Əhmədov Texniki heyət : Aqil Həsənov, Vüqar Mustafayev, Mirzəhməd Seyidəliyev Fotoqraf : Ramil Əhmədov Ev sahibi : İlqar İsmayılov Sürücülər : Vüqar Əhmədov, Samir Murtuzəliyev, Rahid Abbasov İcraçı prodüser : Rüstəm Şəfiyev Prodüser : Nəriman Məmməodov, Orxan Həmidov
Rolda
Nuriyyə Əhmədova – yaşlı qadın
Filmi səsləndirənlər
Leyla Şahbazova Qüdrət Həmidov Nəzifə Məmmədova İsmayıl İsmayılov Kənan Məmmədov Kristina Hüseynova İlqar İsmayılov Orxan Həmidov
Çəkilişə kömək edənlər İlqar İsmayılov Vüqar Əhmədov Pərviz Musayev Ənvər Həmidov
İstinadlar
Mənbə
"Sükut pozuntusu" (2014, BAKI)
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Psixoloji dram filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Qüdrət Həmidovun filmləri Kateqoriya:2014-cü ilin filmləri