Hikmət Mirməmmədli () — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və bəstəkarı, kino bəstəkarı.

Həyatı Əməkdar incəsənət xadimi Hikmət Mirməmmədli 22 may 2007-ci ildə ürək tutmasından vəfat edib.

Ailəsi Bəstəkar Nailə Mirməmmədlinin həyat yoldaşı olmuşdur.

Mükafatları 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Yaradıcılığı

Hikmət Mirməmmədli bir-birindən gözəl bəstələri ilə tanınmışdır. Həyat yoldaşı, bəstəkar Nailə Mirməmmədli ilə birgə yazdıqları mahnıları əvvəlcə adlarını bildirmədən dinləyicilərin ixtiyarına verirdilər. Musiqi təhsilinin olmamasını özləri üçün qəbahət sayırdılar. Tofiq Quliyevdən bəstəkarlıq dərsləri aldıqdan sonra, dinləyicilər və müğənnilər yeni musiqi inciləri ilə tanış olmaq imkanı əldə etdilər. Azərbaycanın məşhur müğənnilərinin əksəriyyəti bu gözəl bəstəkar cütlüyün mahnılarını ifa ediblər. Az yaşamağına baxmayaraq, Hikmət Mirməmmədli yaradıcılığı zəngin olan bəstəkarlarımızdandır. "Düşüncələr", "Sənli-sənsiz günlərim", "Sən oldun", "Röyan olum", "Azərbaycan", "Dünya boyda məhəbbətim" onun yaradıcılığında bir damladır.

Filmoqrafiya Böyük ömrün davamı (film, 2007) Pərvanələrin rəqsi (serial, 2012)

İstinadlar

Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Film bəstəkarları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Ürək tutmasından ölənlər