Talış kökyeyəni () — Sərtqanadlılar dəstəsinə uzunbığlar fəsiləsinə aid növ. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır.
Təsviri Bədəni 13,5 – 18,5 mm uzunluqdadır. Ətrafları və bığcıqlar qaradır. Qanadüstlükləri üzərində açıq rəngli 2 tam zolaq vardır. Bel və tikiş zolaqları dar, çiyin və kənar zolaqları isə enlidir. Ön döş çılpaq və kobud punktirlidir.Плавильщиков Н.Н. Жуки-дровосеки \\ Фауна СССР. Насекомые – жесткокрылые, т. XXI, ч. 3, М.-Л.,Изд. АН СССР, 1958, 591 с.;
Yayılması Azərbaycanın cənub-şərqi (Zuvand Dövlət Təbiət Yasaqlığı)
Həyat tərzi Taxıl bitkiləri ilə qarışıq kserofil bitkilərlə örtülmüş quru yamaclarda, az hallarda qumluqlarda, qumsal gilli və yüngül şoranlaşmış torpaqlarda yaşayırlar. Böcəklər apreldə müşahidə olunur və mayın axırı, iyunun əvvəlinə qədər yaşayır, taxılların kökləri ilə qidalanır və puplaşma torpaqda başa çatır. Pupları qışlayır. İldə bir nəsil verir. Böcəklər çəhrayı sığırçınlar tərəfindən yeyilir.Данилевски М.Л., Мирощников А.И. Жуки-дровосеки Кавказа (Coleoptera, Cerambycidae). Опеделитель. Краснодар, 1985, с. 327.
Sayı 1922-ci ildə A. V. Boqaçev tərəfindən Lənkəranda 3 fərd tutulmuşdur (AMEA Zoologiya institutunun kolleksiya fondunda saxlanılır). Son illərdə rast gəlinməmişdir.
Məhdudlaşdırıcı amillər Böcəyin yaşadığı ərazilər mal-qara tapdağına məruz qalır. Bu ərazilərin insanlar tərəfindən şumlanması, əkilib becərilməsi böcəyin arealının daralmasına səbəb olur.
Qorunması üçün qəbul edilmiş tədbirlər Hirkan Milli Parkında qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Böcəyin yaşayış yerlərinə mal-qaranın buraxılması, bu ərazilərin əkin yeri kimi istifadə edilməsi qadağan edilməlidir. Böcəyin sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.
İstinadlar
Ədəbiyyat Плавильщиков Н.Н. Жуки-дровосеки \\ Фауна СССР. Насекомые – жесткокрылые, т. XXI, ч. 3, М.-Л.,Изд. АН СССР, 1958, 591 с.; Данилевски М.Л., Мирощников А.И. Жуки-дровосеки Кавказа (Coleoptera, Cerambycidae). Опеделитель. Краснодар, 1985, с. 327.
Xarici keçidlər
Kateqoriya:Uzunbığlar