Endimion () — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir.

Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir.

Peyk kraterlər thumbnail Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur. Endimion En dairəsiUzunluq dairəsiDiametrA54.7° N62.8° E30 kmB59.8° N67.2° E59 kmC58.4° N60.8° E32 kmD52.4° N62.4° E20 kmE53.6° N66.2° E18 kmF56.9° N65.1° E12 kmG56.4° N55.6° E15 kmH51.1° N56.3° E14 kmJ53.5° N50.7° E67 kmK51.3° N52.3° E7 kmL55.4° N71.0° E9 kmM52.7° N70.9° E9 kmN52.4° N69.6° E9 kmW52.7° N69.2° E10 kmX52.9° N50.1° E6 kmY55.8° N58.0° E8 km

İstinadlar

Xarici keçidlər Youtube-də