Eklampsiya — ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur.
Eklampsiya preeklampsiyanın ağırlaşmasıdır; Hamiləliyin 3-cü trimestrində və doğuşdan sonra ilk 48 saat ərzində baş verə bilər; Hamiləliyin 20-ci həftəsindən başlayaraq və ya doğuşdan 23 gün sonra da meydana çıxa bilər; Başqa serebral problemlərlə əlaqəsi olmur; Qıcolma tutmalarının və komanın baş verməsi ilə səciyyələnir.
Risk faktorları Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb olan xəstəliklər üstünlük təşkil edir:
• Xroniki hipertenziya • Şəkərli diabet • Damar və birləşdirici toxuma xəstəlikləri • Antifosfolipid sindromu • Böyrək xəstəlikləri • Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının sağlamlıq vəziyyəti ilə əlaqədardır.
Hamiləliklə əlaqəli faktorlar: • Xromosom anomaliyaları
• Çoxdöllü hamiləlik
• Oositin donasiyası və ya donor sperması ilə inseminasiya
• Dölün anadangəlmə inkişaf qüsurları
• Hamiləlik zamanı sidik traktı infeksiyaları
Ana ilə əlaqəli faktorlar:
• Yaşı 35-dən artıq
• Yaşı 20-dən az
• Ailə anamnezində preeklampsiya
• İlk hamiləlik
• Əvvəlki hamiləlikdə preeklampsiya
• Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya
• Stress
Fəsadlar Ağır preeklampsiyanın və eklampsiyanın mümkün fəsadları:
• Ağciyərlərin ventilyasiya pozğunluğu
• DDL sindrom
• HELLP sindrom
• Böyrək çatışmazlığı
• Ağciyər ödemi
• Böyüklərin kəskin respirator distress sindromu
• Serebrovaskulyar ağırlaşmalar
• Ürəkdayanma
• Ölüm
İstinadlar
Xarici keçidlər Hamiləlik toksikozları
Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Təcili tibbi vəziyyətlər