Aleksandra sədəflisi () — Pulcuqluqanadlılar dəstəsinə, Nimfalidlər fəsiləsinə aid növ.,

Təsviri Qanadları açılmış halda erkəklər 45 mm, dişilər isə 55 mm-dir. Qanadların üst tərəfi kərpici — qırmızı rəngdə olub, üzərində çoxlu sayda kiçik ləkələr vardır. Arxa qanadların alt səthi yaşıla çalan sədəf rəngli olub, üzərində gümüşü ləkələr vardır. Bu ləkələr qanadın əsasına doğru cəmlənmişdir.Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013.

Yayılması Talış meşələri.

Həyat tərzi Kol və ayıdöşəyi pöhrəliklərində, meşə talalarında və kənarlarında, yollar və cığırlar boyunda. Kəpənəklər mayın axırında iyulun ortalarına qədər uçur. Tırtıllar iyul – avqustda yerli bənövşənin- Viola caspia Kupff, yarpaqları ilə qidalanır. Puplar qışlayır. İldə bir nəsil verir. Tırtıllar və puplar Chalcidae fəsiləsindən olan parazitoid zarqanadlılar üçün sahib hesab edilir.Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 351–475;

Sayı Azsaylı növdür. R. Əffəndi tərəfindən Talış meşələrində 7 kəpənəyi, 1984-cü ildə B. Luxtanova tərəfindən 2 kəpənək, 2004-cü ildə İ. Plyuş tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.

Mühafizə Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1–2, 1972, с. 136–154, 352–368.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Kəpəyin biologiyası ətraflı öyrənilməlidir. Yaşayış yerlərinə müntəzəm monitorinqlər təşkilı edilməlidir. Kəpənəklərin tutulmasının qadağan edilməsi.

İstinadlar

Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 351–475; Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.; Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1–2, 1972, с. 136–154, 352–368.

Həmçinin bax

Kateqoriya:Nimfalidlər Kateqoriya:Asiya həşəratları