"Rəqs" () —1910-cu ildə fransız rəssam Anri Matiss tərəfindən çəkilmiş rəsm əsəri. Rəsm əsərinin iki versiyası mövçuddur: birinci Nyu-York Müasir incəsənət muzeyində, rəsmin ikinci daha çox tanınan versiyası Sankt-Peterburq şəhərində Ermitaj muzeyində saxlanılır.
Yaranma tarixi Moskvalı kolleksiyaçı Sergey Şukin 1906-cı ildə rəssamın parisdəki emalatxanasını ziyarət etmiş və ona mülkünün giriş pilləkəni üçün üç dekorativ panno sifariş etmişdir.
Bu seriyadan olan iki rəsm əsəri "Rəqs" və "Musiqi" indi Ermitajda saxlanılır, üçüncü "Çimmək və ya Meditasiya" pannosu isə tamamlanmamış, yalnız rəssamın eskizləri qalmışdır.
Rusiyaya yola düşməzdən əvvəl rəsm 1910-cu ilin Payız salonunda Qran-Palda sərgilənmiş və qalmaqala səbəb olmuşdur. Sifarişçini arxasıyca dəli, dekadent zir-zibili yığıçısı adlandırmışdılar.
İnqilabdan sonra Şukinin kolleksiyası milliləşdirilmiş və "Rəqs" bütün digər impressionistləlrə birgə Sankt-peterburqa Ermitajın kolleksiyasına verilmişdir.Dövlət Ermitaj Muzeyi — Rəqs
1930-cu ildə amerikalı kolleksiyaçı Albert Barns Matissə mövzunun sonrakı inkişafını tapdığı indi "Paris rəqsi" adlanan (Müasir İncəsənət Muzeyi, Paris) irihəcmli "Rəqs" (1932) pannosu sifariş edir..
Süjet
Rəsmin kompozisiyası və fiqurların forması U. Bleykin "Oberon, Titaniya və Bakın pərilərlə rəqsi" (1786) suluboya işini xatırladır
Rəsmin sujetini Matiss kolliurda gördüyü xalq oyunlarından götürmüşdür."Rəqsin" digər versiyası Yunan vaza rəssamlığı və Sergey Dyaqilevin Parisdəki Rus mövsümlərinin təəssüratı altında yaranmışdır. Tablonun əsas ifadə vasitəsi — təsvir vasitələrinin lakonikliyinin rəsmin böyük ölçüsü ilə ahəng təşkil etməsidir. "Rəqs" cəmi üç rənglə çəkilmişdir. Göy rənglə səma, çəhrayı rənglə-rəqqasların bədəni, yaşıl boya ilə təpə təsvir edilmişdir. Rəsmdə təpənin başında əl-ələ rəqs edən beş çılpaq insan təsvir edilmişdir.
İstinadlar Kateqoriya:1910-cu ilin əsərləri Kateqoriya:Ermitajdakı rəsm əsərləri Kateqoriya:İncəsənətdə rəqs Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər