Labidostomis yarpaqyeyən böcəyi () — Sərtqanadlılar dəstəsinə Yarpaqyeyənlər fəsiləsinə aid böcək növü. Təsviri Bədənin uzunluğu 8–9 mm. Böcəyin ön beli, döşü, qarnı, ətrafları, bığları tünd yaşıl rəngdə olub, qanadüstlüyü isə sarı – qəhvəyidir. Sağ çiyin hissəsində bir yaşıl xalı var.Azərbaycan Qırmızı Kitabı.1989 il. Yayılması Azərbaycanda Lerik, Yardımlı, Cəlilabad və Ordubad rayonlarında qeydə alınmışdır. Həyat tərzi Meşə zonası əsas yaşayış yeridir, söyüd ağacının yarpaqları ilə qidalanır. Sayı Lənkəran bölgəsindən 12 fərd, Ordubaddan isə 5 fərd tapılmışdır.Mirzəyeva N.B. Azərbaycan faunası. Azərbaycanın yarpaqyeyən böcəkləri. V, Bakı: Elm, 1988, 209 s. Məhdudlaşdırıcı amillər Meşələrin qırılması, qida bitkilərinin məhv edilməsi Qorunması üçün məsləhət görülmüş tədbirlər Böcəyin yaşayış sahələri qorunmalıdır.

İstinadlar

Ədəbiyyat Azərbaycan Qırmızı Kitabı.1989 il. Azərbaycanın Qırmızı Kitabı, II Cild, 2013. Mirzəyeva N.B. Azərbaycan faunası. Azərbaycanın yarpaqyeyən böcəkləri. V, Bakı: Elm, 1988, 209 s.

Kateqoriya:Sərtqanadlılar