Avarayr döyüşü və ya Avaray döyüşü — Sasani əsarətinə qarşı üsyan edən ermənilərlə İran qoşunu arasında döyüş. Maku ilə Xoy arasındakı Avarayr düzündə, 26 may 451-ci ildə olmuşdur. Üsyana Vardan Mamikonyan başçılıq edirdi. Döyüşdə ermənilərlə birlikdə qonşu iberlər və albanlar da iştirak etmişdi. İran qoşunu sayca az olan üsyançıları məğlub etmişdir. Bu vuruşmada Mamikonyan öldürülmüşdür, lakin Sasanilərin qələbəsi həlledici olmamışdır. 457, 481–484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yeni üsyanlar baş vermişdir.

İstinadlar

Ədəbiyyat Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э. – VII в. н. э.. — М.—Л.: Изд. АН СССР, 1959.

Kateqoriya:İrandakı döyüşlər Kateqoriya:Sasanilər Kateqoriya:Cənubi Azərbaycan Kateqoriya:Qərbi Azərbaycan ostanının tarixi Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Qədim Ermənistan Kateqoriya:Sasanilər imperiyasının döyüşləri Kateqoriya:450-ci illərdəki münaqişələr