Əhməd Çələbi () — İraq siyasətçisi, İraqın prezidenti (1–30 sentyabr, 2003), neft naziri (2005–2006).

Həyatı Əhməd Çələbi 30 oktyabr 1944-cü ildə İraq Kadimiya şəhərində anadan olub.

Massaçusets Texnologiya İnstitutununWhitfield Diffie and Susan Landau, Privacy on the Line: The Politics of Wiretapping and Encryption, MIT Press, 1998, p. 108. və Çikaqo Universitetinin məzunudur.

Həyatının böyük bir hissəsini Böyük Britaniya və ABŞ-də keçirmiş, bu ölkələrdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2003-cü ildə ABŞ-nin İraqa hərbi müdaxiləsinə kömək edən İraq siyasətçisi kimi tanınmışdır.İraq müharibəsinin əsas tərəfdarlarından biri olan Əhməd Çələbi vəfat edib — amerikaninsesi.org saytı

Əhməd Çələbi 3 noyabr 2015-ci ildə"Mort d’Ahmed Chalabi, opposant irakien et instigateur de l’invasion américaine de l’Irak." , Le Monde 70 yaşında ürək çatışmazlığından vəfat etmişdir.

Siyasi fəaliyyəti Əhməd Çələbi İraq prezidenti və baş nazirin birinci müavini vəzifələrində çalışmış, İraqda və beynəlxalq siyasi arenada kifayət qədər tanınmış şəxsiyyətlərdəndir. Səddam Hüseyn dönəmində ona qarşı ən müxalif simalardan hesab olunurdu. Səddam devrildikdən sonra o, bir ay, yəni 2003-cü ilin sentyabr ayının əvvəlindən sonuna qədər İraq keçid hökumətinin prezidenti səlahiyyətini icra etmişdir.

2005–2006-cı illər də İraq baş nazirnin birinci müavini, daha sonra isə İraqın neft naziri vəzifəsində çalışmışdır.

İstinadlar

Xarici keçidlər

Ahmed Chalabi — National Cable Satellite Corporation من هو أحمد الجلبي؟ — BBC Arabic – 07/04/2003.

Kateqoriya:İraq siyasətçiləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun məzunları Kateqoriya:Çikaqo Universitetinin məzunları Kateqoriya:XX əsr şiələri Kateqoriya:İraq nazirləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:XXI əsr şiələri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:İraqlı şiə müsəlmanları