Arif Rəhimzadə () — Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini (1994–2005), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə Dövlət Müşaviri, Azərbaycan Kommunist Partiyası Quba Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycanın dövlət xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru.
Həyatı Arif Rəhimzadə 3 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.
1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur.
Evlidir, 2 övladı var. Rus dilini bilir.
Siyasi fəaliyyəti
Sovet dövrü 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir.
1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır.
Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur.
Müstəqillik dövrü 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir."Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az
Arif Rəhimzadə Elçibəy hökuməti dövründə həbs edilmiş Vaqif Hüseynovun hüquqlarını müdafiə komitəsinin sədri olmuşdur.
Azərbaycan Respublikası I–V çağırış Milli Məclisinin deputatı seçilmişdir. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini olmuşdur.
2010-cu il noyabrın 7-də 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilmişdir. Milli Məclisin regional məsələlər komitəsinin sədri olmuşdur.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri olmuşdur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olmuşdur.
Mükafatları 26 aprel 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə Arif Rəhimzadə "Şöhrət" ordeni ilə təltif edilib "Şöhrət" ordeniA. Q. Rəhimzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 1 fevral 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 3 fevral 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilibA. Q. Rəhimzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavinləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Regional məsələlər Komitəsinin sədrləri Kateqoriya:Azərbaycanın dövlət müşavirləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər