Peç Universiteti (ing. University of Pécs, hun. Pécsi Tudományegyetem, rəsmi qısaldılması PTE), Macarıstanın Peç şəhərində yerləşir və ölkənin ən qədim universitetidir. 10 fakültə, 32 klinika və s. bölmələri olan universitet, ölkənin ən böyük ali təhsil universitetlərindən biridir. Burada macar, ingilis və alman dilində təhsil proqramları tədris olunur. Həmçinin, universitet geniş beynəlxalq treyninqlər və dərəcə proqramları təklif edir, yüksək səviyyəli bilik transferi və tədqiqat platformlarını təmin edir. PTE-nin təxminən 26000 tələbə və 2000 professor və müəllim heyəti var. On fakültədə verilən geniş təhsil proqramları demək olar bütün elmi sahələri əhatə edir. Tələbələr bakalavr, magistratura və doktorantura pilləsində təhsil ala bilərlər.

Tarixi thumb|400px |Peç Universitetinin Humanitar elmlər fakültəsinin əsas binasının gecə görünüşü Peçin ali təhsil tarixi 1367-ci ildən başlayır. Böyük Lui , yepiskop şəhəri hesab edilən Peçdə universitetin əsasının qoyulmasına sərəncam verdi. Bir neçə mərhələlərdən sonra, Peç Universitetinin əsası qoyuldu və Universitet regionda təhsil sahəsində ən məşhur və aparıcı universitetlərdən biri oldu. Tarixi orta əsrlərə gedən universitet, öz adət-ənənələrini qorumaqla bərabər, eyni zamanda müasir və dinamikayla inkişaf edən Avropa ali təhsil institutu adını da özündə daşıyır və müxtəlif təhsil, mədəniyyət, idman və istirahət imkanları da yaradır. 1367 – Böyük Lui, Peç şəhərində Macarıstanın ilk universitetinin əsasını qoyur 1746 – yepiskop Ziqmond Bereni (Zsigmond Berényi) Peçdə teologiya kollecinin əsasını qoyur 1785 – II İosif (Joseph II), Kral Akademiyasının Dyör (Győr) şəhərindən Peç şəhərinə keçirilməsinə dair sərəncam verir 1802 – Kral Akaemiyası öz əvvəlki yerinə qayıdır 1835 – yepiskop İnyak Çepeşi (Ignác Szepesy), Peçdə Lyceum Quinque-Ecclesiae litseyinin əsasını qoyur 1923 – Macar Kral Erjebet (Erzsébet) Universiteti Pojon (Pozsony, Bratislava) şəhərindən Peçə köçür 1940 — Humanitar Elmlər Fakültəsinin bir hissəsi Seqet (Szeget) şəhərinə, bir hissəsi isə Kolojvar (Kolozsvár, Kluj) şəhərinə köçür 1951 – Tibb Məktəbi müstəqillik əldə edir və Peç Tibb Universiteti adı ilə fəaliyyət göstərir. Bununla da Peç Universitetində yalnız Hüquq Fakültəsi qalır 1975 – Peçdə Biznes və İqtisadiyyat Fakültəsinin əsası qoyulur, əvvəllər isə bu fakültə Budapeşt Karl Marks Universitetinin bir hissəsi kimi fəaliyyət göstərirdi 1982 – Müəllim Hazırlıq Kolleci, Hüquq və Biznes və İqtisadiyyat Faküultələri ilə birləşir. Yeni institut Yanoş Pannoniusun (Janus Pannonius) adını daşıyır 1990 – Peç Tibb Universitetində Səhiyyə Elmləri Fakültəsinin əsası qoyulur 1992 – Təhsil Fakültəsi, Humanitar və Elmlər Fakültələri ilə birləşir 1995 – Pollak Mihay (Pollack Mihály) Texniki Kolleci, Yanoş Pannonius Universiteti ilə birləşir 1996 – Musiqi və Vizual İncəsənət Fakültəsinin əsası qoyulur 2000 – Yanoş Pannonius Universiteti, Peç Tibb Universiteti və İlyeş Dyula (Illyés Gyula) Müəllim Hazırlıq Kolleci, Peç Universiteti adı altında birləşirlər. Məhz bu zaman hal-hazırkı Peç Universitetinin əsası qoyulur 2004 – Pollak Mihay Texniki Kolleci, Pollak Mihay Mühəndislik Fakültəsi adı ilə tam hüquqlu fakultet adını qazanır 2005 – Peç Universitetində Böyüklər üçün Təhsil və İnsan Resursları İnkişafı Fakültəsinin onuncu fakültəsi kimi əsası qoyulur 2006 – Səhiyyə Elmləri Kolleci, Səhiyyə Elmləri Fakültəsi adı ilə universitet səviyyəsində fakültə olur.

Təhsil infrastrukturu Universitet, Avropa universitetlərinə xas olan ənənəvi struktura malikdir. Universitetin başında rektor və üç vitse-rektordan ibarət heyət durur. Hər biri fərqli akademik sahə üzrə cavabdehdir. Fakültələrə dekanlar başçılıq edir və fakiltələr geniş akademik sahələri əhatə edir. Sonuncular, institutlar və departamentlərə bölünürlər, onlar tələbələrlə sıx əlaqədə olurlar və akademik proqramlar üzrə cavabdehdirlər.

Təhsil sistemi 300px|thumb|Universitetin əsas kampusu Bolonya təhsil sisteminin uğurlu implementasiyası nəticəsində tələbələr dinamik, qarşılıqlı Avropa ali təhsil sisteminə malik olurlar. Ənənəvi kollec və universitet dərsləri əvəzinə, tələbələr ilk olaraq bakalavr (MA və ya BSc), daha sonra isə magistratura (MA və ya MSc) pillələrində təhsil alırlar. Elmə bir neçə illərini həsr etmək istəyən tələbələr isə həmçinin doktorantura (PhD və ya DLA) dərəcəsini də oxuyub qazana bilərlər.

Araşdırma və elm Universitet nəzdində tibb və elmi tədqiqatlar üçün Sentaqotay (Szentágothai) Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Univeritetin geniş elmi və incəsənət sahələrini əhatə edən 21 doktor məktəbi var.

Səhiyyə sistemi Peç Universitetinin Klinika Mərkəzi, Macarıstanın ən böyük səhiyyə mərkəzlərindən biridir. 28 klinikası və təxminən 3 min heyət üzvü olan mərkəz, Peçdə və ətraf regionda uzun illər səhiyyəni təmin edir. Mərkəz, həmçinin tibb təhsili alan tələbələrə və peşəkar səhiyyə işçilərinə pratkiki təhsilin verilməsində aktiv rol oyanyır. Tibb Məktəbi və Səhiyyə Elmləri Fakültəsi ilə sıx əməkdaşlıq edən mərkəz, yüksək səviyyəli bilik və müasir tibbi texnkasını özündə cəmləşdirir.

Fakültələr və tədris olunan ixitsaslar Biznes və İqtisadiyyat Fakültəsi Səhiyyə Elmləri Fakültəsi Humanitar Elmləri Fakültəsi Hüquq Fakültəsi Tibb Məktəbi Musiqi və Vizual İncəsənət Fakültəsi Elmlər Fakültəsi Pollak Mihay Mühəndislik və İnformasiya Texnologiyası Fakültəsi Böyüklər üçün Təhsil Fakültəsi və İnsan Resursları İnkişafı İlyeş Dyula adına Fakültə Son iki fakültə 1 sentyabr 2015-ci ildən etibarən bir fakültə olaraq Mədəniyyət Elmləri, Təhsil və Regonal İnkişaf Fakültəsi çərçivəsində birləşdi. Peç Universitetinin Seksard (Szekszárd) şəhərində müstəqil fakültəsi var, Kapoşvar (Kaposvár), Sombatel (Szombathely) və Zalaeqerseq (Zalaegerszeg) şəhərlərində təhsil proqramlarını da təşkil edir.

Hüquq Fakültəsi Departamentlər: Konstitusiya Hüququ departamenti Cinayyət və Mülki Proseduru departamenti Cinayət Hüququ departamenti İqtsadiyyat və Ticarət Hüququ departamenti Hüquq Fəlsəfəsi və Sosial Nəzəriyyə Hüquq Tarixi departamenti Hüquq Administrasiyası departamenti Cinayət Hüququ və Kriminologiya departamenti Əmək Hüququ və Sosial Müdafiə Hüququ departamenti Beynəlxalq və Avropa Hüququ departamenti Maliyyə Hüququ departamenti Mülki Hüquq departamenti Roma Hüququ departamenti

Tibb Məktəbi Əsas elm departamentləri: Anatomiya Davranış Elmləri Bioanaiz Biokimya və Tibbi Kimya Biofizika Mərkəzi Elektron Mikroskop Laboratoriyası Əczaçı Biotexnologiyası departamenti Ailə Tibbi Məhkəmə Tibbi Xüsusi Məqsədlər üçün Dillər Tibbi Bilogiya Əməliyyat üzrə Tibb Orqanik və Əczaçı Kimyası Patopsixologiya və Qerontologiya Əczaçı Biologiyası Əczaçı Kimya Əczaçı Texnologiyasə və Bioəczaçılıq Əczaçılıq/Mərkəzi Klinik Əcaçılığı Farmokoqnoziya Farmokologiya və Farmoterapiya Farmoterapiya bölməsi Psixologiya İctimai Səhiyyə İdman Cərrahi Tədqiqat və Texnika Universitetin müxtəlif tibb sahələrinə aid klinikaları (anasteziologiya, intensiv terapiya, stomatologiya, ağız, üz-çənə cərrahiyəsi, mamaçalıq, ginekologiya, damar cərrahiyəsi və s.) və praktiki xəstəxanaları var.

Humanitar Elmlər Fakültəsi İnstitutlar: İngilisşunaslıq İnstitutu Fəlsəfə və İncəzənət Nəzəriyyəsi İnstitutu Almanşunaslıq İnstitutu Macar dili və ədəbiyyatı İnstitutu Təhsil İnstututu Psixologiya İnstitutu Romaşunaslıq İnstitutu (Fransızşunaslıq, İtalyanşunaslıq, İspanşunaslıq, İbero-Amerikanşunaslıq) Slavyanşunaslıq İnstitutu (Rusşunaslıq, Xorvatşunaslıq) Sosial əlaqələr İnstitutu Sosialşunaslıq və mediyaşunaslıq İnstitutu Tarix İnstitutu Xüsusi məqsədlər üçün xarici dillərin öyrədilmə mərkəzi

Səhiyyə Elmləri Fakültəsi

Mədəniyyət Elmləri, Təhsil və Regonal İnkişaf Fakültəsi Peç Universitetinin Senatı, Mədəniyyət Elmləri, Təhsil və Regonal İnkişaf Fakültəsinin əsasının qoyulmasına dair təklifi qəbul etdi və 1 sentyabr 2015-ci ildə Peç Universitetinin Böyüklər üçün Təhsil və İnsan Resursları İnkişafı fakültəsi və İlyeş Dyula fakültəsinin birləşməsi nəticəsinə yeni fakültənin əsası qoyuldu. Böyüklər üçün Təhsil və İnsan Resursları İnkişafı fakültəsi – İnstitutlar : İlyeş Dyula Müəllim Hazırlığı İnstitutu Böyüklər üçün təhsil və İnsan Resursları İnkişafı İnstitutu Mədəniyyər, Kitabxana və Sosial Elmlər İnstitutu Qida və Regional İqtisadi İnkişaf İnstitutu

İlyeş Dyula fakültəsi – İnstitutlar: Biznes və Turizm İnstitutu Təhsil İnstitutu Ədəbiyyat və Dillər İnstitutu Sosial iş və Əminamanlıq İnstitutu

Biznes və İqtisadiyyat Fakültəsi Fakültədaxili departamentləri, mərkəzləri və institutları: Biznes Administrasiyası İnstitutu Biznes İqtisadiyyatı, Korportiv Maliyyə və Mühasibat departamenti Konsaltinq departamenti İdarəçilik/Menecment departamenti Marketinq departamenti Strateji Elmlər departamenti Biznes Metodologiya İnstitutu: Biznes İnformasiya Sistemləri departamenti Statisika və Ekonometrika departamenti Əməliyyat İdarəçiliyi/Menecmenti və Qərarvermə elmləri departamenti Tərcüməçilik və Biznes Terminologiyası departamenti Biznes və İqtisadi İnkişaf Mərkəzi İqtisadiyyat və Refional Elmlər İnstitutu

Musiqi və Vizual İncəsənət Fakültəsi thumb|400px|Ali məktəb tələbələrinin teatr performansı Yanoş Universitet Teatrı (Janus Egyetemi Színház, qısaca JESZ), Musiqi və Vizual İncəsənət fakültəsinin teatrıdır.

Mühəndislik və İnformasiya Texnologiyası Fakültəsi Fakültəyə, 1800-cü illərdə bir çox ictimai binaları, kilsələri və sarayları layihələşdirməklə dünya şöhrəti qazanmış memar Mihay Polakın adı verilib. 2012-ci ildə fakültə tam olaraq Pollak Mihay Mühəndislik və İnformasiya Texnologiyası fakültəsi kimi adlanmağa başlanıb. Memarlıq İnstitutunun Mühəndislik Fakültəsi, memarlıq proqramlarını təklif edir. Bütün dərslər ingilis dilindədir. İnstituda bu departamentlər daxildir: Enerji Dizaynı departamenti Bina Tikintisi departamenti Memarlıq Dizaynı departamenti Şəhərsalma departamenti Daxili və Ətraf Dizaynı departamenti Memarlıq və Vizual Elmlər departament

Elmlər Fakültəsi thumb|300px|Ali məktəbin Elmlər fakültəsində "Tədqiqatçılar gecəsi" adlı tədbir hər il keçirilir. Məqsəd ali məktəbdə və Macarıstanda elmin inkişafını təbliğ etməkdir Fakültənin institutları: Biologiya İnstitutu Fizika İnstitutu Coğrafiya İnstitutu Kimya İnstitutu Idman və Fiziki Hazırlıq İnstitutu

Reytinqi Ölkənin ən qədim universiteti olmaqdan başqa, Peç Universiteti həmçinin beynəlxalq miqyasda da görkəmli yer tutur. Beynəlxalq reytinqlərdə həm ümumilikdə universitet, həm də onun ayrı-ayrı fakültələri aparıcı mövqelərdə qərarlaşıblar.

Dünya Universitet Reytinqləri Mərkəzinin (Center for World University Rankings (CWUR) 2015-ci ildə elan etdiyi siyahıya görə, Peç Universiteti 863-cü yerdə qərarlaşıb. Belə də, universitet hələ də dünyada olan ali təhsil institutlarının 3,6% daxil olur.

thumb|400px|Ali məktəbin tələbəsi öz düzəltdiyi robotu yarış üçün hazırlayır Nəticələr səkkiz kriteriya əsasında əldə edilib. Bunlar arasında təhsilin keyfiyyəti, məzunarın iş tapma şansları, professor və müəllim heyətinin mükəmməlliyi, nəşrlərin sayı, həmin nəşrlərə olan sitatların reytinqi və patentlərin sayı daxildir.

URAP University Ranking by Academic Performance-a görə Peç Universiteti 28 000 ali təhsil institutları arasında 2013-cü ildə 815-ci yeri tutub. Bu reytinq məşhur beynəlxalq tədqiqatlar institutu tərəfindən aparılıb. Bu nəticə onu göstərir ki, universitet dünyada olan ali təhsil isntututlarının 3% daxil olur. Kriteriyalar arasında bunları qeyd etmək olar : təhsil keyfiyyəti, sitat indeksi, ümumi nəşr və sitat təsiri və beynəlxalq əməkdaşlıq. Bu göstəricilərə əsasən, Peç Universiteti yaxınlıqda olan Zalsburq, Split, Osnabruk, Qrats universitetlərindən öndədir.