Abdulrəşid Sadulayev () — Rusiyalı sərbəst güləşçi, ikiqat Olimpiya çempionu (2016, 2020), altı qat dünya çempionu (2014, 2015, 2018, 2019, 2021, 2024), Dünya Çempionatının gümüş mükafatçısı (2017), fərdi Dünya Kubokunun qalibi (2020, Avropa çempionu (5-41, 2020)), 2019, 2020, 2026), gənclər arasında Avropa çempionu (2016), Avropa Oyunlarının qalibi (2015, 2019), yeddiqat Rusiya çempionu (2014, 2015, 2017, 2018, 2020, 2024, 2025). Aşağıdakı çəki dərəcələrində yarışır: 86 kq-a qədər (2016-cı ildən əvvəl), 97 kq-a qədər (2017-ci ildən). Rusiyanın əməkdar idman ustası (2016).

Həyatı

9 may 1996-cı ildə Dağıstan Respublikasının Çarodinski rayonunun Tsurib kəndində anadan olub. Milliyyətcə avardır. Gənclər turnirlərinin birində gücünə və qələbə əzminə görə "Rus Tankı" ləqəbini qazanıb.

11-ci sinfə qədər Tsuribdə Maqomed Maqomedovla məşq edib. Məşqçi Şamil Ömərovun tələbəsidir.

2015-ci ilin iyun ayında "Qızıl Piyada" layihəsinə görə ən yaxşı Rusiya idmançısı seçilib. O, səslərin 55,6%-ni toplayaraq 44,4% səs toplayan Aliyə Mustafinanı geridə qoyub.

2015-ci ilin iyul ayında "Summa" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri və Rusiya Olimpiya Dəstək Fondunun İdarə Heyətinin üzvü rusiyalı iş adamı Ziyavudin Maqomedov Sadulaevə Mercedes G-Class avtomobili hədiyyə edib. Rusiya Milli Qvardiyasının Şimali Qafqaz Dairəsinin idman komandasının üzvü, bədən tərbiyəsi və idman üzrə baş təlimatçı və Rusiya Milli Qvardiyasında kiçik çavuşdur.

2017-ci ilin fevral ayında Dağıstan Universitetinin psixologiya fakültəsinin ikinci kurs tələbəsi Zaira Şapiyeva ilə evləndi. Onların qızı Əminə 2018-ci ilin oktyabr ayında dünyaya gəldi.

2018-ci ilin sonunda Əbdülrəşid Rusiya İdman Jurnalistləri Federasiyası tərəfindən ən yaxşı idmançılara verilən Gümüş Doe mükafatına layiq görüldü.

Karyerası

2012–2013-cü illər: Yeniyetmələr arasında Dünya çempionluğları

2014–2016-cı illər: Avropa, Dünya və Olimpiya çempionluğu

2016 Rio-de-Janeyro Olimpiadası

2017–2020-ci illər: 2 dəfə Dünya və 3 dəfə Avropa çempionluğu 2017-ci il Dünya Çempionatında əvvəl Abdulrəşid Sadulayev, 12–14 iyunda Rusiyanın Nazran şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. 2014 və 2015-ci illərdə baş tutan Rusiya Çempionatlarının qalibi olan Sadulayev, 1/16 final mərhələsində Yuri Belonovsini, 1/8 final mərhələsində Dağıstan nümayəndəsi Umar Kudliyevi, 1/4 final mərhələsində güləşçisi Stanislav Hacıyevi, 1/2 final mərhələsində isə Çeçenistan nümayəndəsi Tamerlan Rasuyevi məğlub etdi və üçüncü dəfə Rusiya Çempionatının final görüşünə vəsiqə qazandı. Final görüşündə isə Abdulrəşid Sadulayev, Şimali Osetiya nümayəndəsi Vladislav Baytçayev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sadulayev, 8:7 hesabı ilə qalib gəldi. Bununla da Sadulayev üçüncü dəfə Rusiya Çempionatının qızıl medalına sahib oldu.

Abdulrəşid Sadulayev 2017-ci ilin əsas yarışına 20–26 avqustda Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatı çərçivəsində qatıldı. 2013-cü ilin noyabr ayından bütün görüşlərində qalib gələn Sadulayev, bu uğurlu seriyanın davam etməsi niyyətində idi və üçüncü dəfə qatıldığı Dünya Çempionatının qalibi olmadığı hədəfləyirdi. O, 1/16 final mərhələsində Kuba nümayəndəsi Reineris Salas ilə üz-üzə gəldi və həmin görüşdə 4:0 hesabı ilə qalib gəldi. Daha sonra Sadulayev, Polşa güləşçisi Mateusz Filipçza ilə qarşılaşdı və 4 dəqiqə 10 saniyə ərzində 14:0 hesabı ilə qalib gəldi. 1/4 final mərhələsində isə o, Gürcüstan nümayəndəsi Elizbar Odihadze ilə üz-üzə gəldi və həmin görüşdə də 10:0 hesabı ilə qalib gəldi. Bununla da Sadulayev, Dünya Çempionatının 1/2 final mərhələsinə adladı. Bu mərhələdə o, 2008-ci il Olimpiadasının bürünc medalçısı olan Ermənistan güləşçisi Georgi Ketoyev ilə qarşılaşdı və 2:0 hesabı ilə qalib gəldi. Bu minvalla da Abdulrəşid Sadulayev üçüncü dəfə Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Final görüşündə o, 2016-cı il Rio-de-Janeyro Olimpiadasının qalibi olan ABŞ nümayəbdəsi Kyle Snyder ilə üz-üzə gəldi. Final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu və gözlənilmədən Abdulrəşid Sadulayev 5:6 hesabı ilə məğlub oldu. Bununlada o, Dünya Çempionatının gümüş medalına sahib oldu. 2013-cü ilin noyabr ayından bütün görüşlərində qalib gələn Abdulrəşid Sadulayevin 61 görüş davam edən məğlubiyyətsiz görüşlər seriyası başa çatdı.

Uğurları SıraİlYarışEv sahibiNəticə1.2012Gənclərin Dünya Çempionatı Azərbaycan1.2.2013Gənclərin Dünya Çempionatı Serbiya1.3.Qızıl Qran-Pri Azərbaycan3.4.2014İvan Yarıgin Qran-Prisi Rusiya1.5.Yaşar Doğu Türкiyə1.6.Avropa Çempionatı Finlandiya1.7."Poland Open" yarışı Polşa1.8.2015Medved Belarus1.9.Avropa Oyunları Azərbaycan1.10.Dünya Çempionatı ABŞ1.11.2016U23 Avropa Çempionarı Bolqarıstan1.12."Poland Open" yarışı Polşa1.13.Olimpiya Oyunları Braziliya1.14.2017Dünya Çempionatı Fransa2.15.2018"İvan Yarıgin" Qran-Prisi Rusiya1.16.Danya Çempionatı Bolqarıstan1.17.Avropa Çempionatı Rusiya1.18.Dünya Çempionatı Macarıstan1.

Dövlət təltifləri thumb|260x260px|alt=|Rusiya Federasiyası Prezidenti Vladimir Putin, Abdulrəşid Sadulayevi təltif edən zaman (25.08.2016) 40x40px "Dostluq" ordeni — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 avqust 2016-cı il tarixli Sərəncamı ilə təltif edildi. 40x40px "Dağıstan qarşısında xidmətlərinə görə" ordeni — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Dağıstanın başçısı Ramazan Abdulatipovun 26 avqust 2016-cı il tarixli Sərəncamı ilə təltif edildi. 40x40px "Dağıstan qarşısında xidmətlərinə görə" ordeni — 2019-cu ildə Qazaxıstanın Nur-Sultan şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında qazandığı uğura görə Dağıstanın başçısı Vladimir Vasilyevin 24 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə təltif edildi.

Görüşlərinin siyahısı SıraİlRəqibHesabYarışMərhələ2012 Fərrux Şərifov10:0Gənclərin Dünya Çempionatı1/8 final mərhələsi Şota Şirai10:21/4 final mərhələsi Turmunx Qanbold10:01/2 final mərhələsi Ruslan Ruçho12:10qızıl medal qazandı2013 Peaven Praven10:0Gənclərin Dünya Çempionatı1/8 final mərhələsi Hüseyn Şahbazi-Qazvar10:01/4 final mərhələsi Nurməhəmməd Hacıyev10:01/2 final mərhələsi Məhəmməd Enes Altun10:0qızıl medal qazandı Həmzət Osmanov0:101/4 final mərhələsi Keit Qavin10:0Birinci təsəlliverici görüş Alexander Qostiyev5:4bürünc medal qazandı

İstinadlar

Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:"Dostluq" ordeni kavalerləri (Tatarıstan) Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Rusiyanın beynəlxalq dərəcəli idman ustaları Kateqoriya:2020 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Rusiyanın olimpiya güləşçiləri Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında güləşçilər