Anadır — Rusiyada qəsəbə. Çukotka Muxtar Dairəsinin inzibati mərkəzi. Anadır çayının ağzında salınmışdır. Bu qəsəbə Rusiyanın ən şərqi qəsəbəsidir.

Tarixi Qəsəbənin tarixi bir əsrdən bir az çox olsa da, adının tarixi qədimdir. Bu adın mənşəyi yukagir dilindəki çay mənasına gələn "any-an" sözündən götürülmüşdü. Qəsəbə 1889-cu ildə Novomariinsk adı ilə salınmışdı. Lakin 1923-cü ildə qəsəbənin adı Anadır olaraq dəyişdirildi. 1965-ci ildə isə qəsəbə statusu aldı.

Əhalisi

2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə Anadırın əhalisi 13045 nəfər olmuşdu. 1 yanvar 2015-ci il tarixinə olan təxmini əhali sayı isə 14326 nəfərdir.

Nəqliyyat Anadır Berinq dənizinin Anadır körfəzində yerləşən əhəmiyyətli dəniz portudur. Anadırda həmçinin Uqolnıy Hava Limanı vasitəsilə Rusiyanın Xabarovsk, Vladivostok, Moskva və digər şəhərləri və ABŞ-nin Nom şəhəri ilə hava əlaqəsi yaradılmışdır. Anadırda hal-hazırda sadəcə Tavayvaam ilə avtomobil yolu vardır, lakin 2014-cü ildə 1800 kilometrlik Maqadan-Anadır yolunun tikintisinə başlanılmışdır. Tikintinin 30 il sonra tamamlanması planlaşdırılıb.

İqlimi Keppenin iqlimlər təsnifatına görə Anadır subarktik iqlimə malikdir. Qışı uzun və çox soyuqdur, yayı isə sərin və qısadır. Ən soyuq ay −22.6 °C ortalama temperatur ilə yanvar ayı, ən isti ay isə +11.6 °C °C ortalama temperatur ilə iyul ayıdır. Hər il ortalama 382 mm yağıntı düşür. Ən yüksək temperatur +30.0 °C 7 iyul 1956-cı ildə, ən aşağı temperatur isə −46.8 °C 3 yanvar 1913-cü ildə qeydə alınmışdır.

Tanınmış şəxslər Valriy Tokarev — Kosmonavt Roman Abramoviç — Çukotka Muxtar Dairəsinin sabiq qubernatoru, Çelsi klubunun prezidenti

Qardaşlaşmış şəhərlər Anadır 30 oktyabr 1989-cu ildə ABŞ-nin Bethel şəhəri ilə qardaş şəhər elan olunmuşdur. Bethel, Alyaska, ABŞ

İstinadlar

Kateqoriya:Rusiya limanları Kateqoriya:Rusiyanın adı dəyişdirilmiş yaşayış məntəqələri Kateqoriya:Rusiyanın ucqar nöqtələri Kateqoriya:Rusiya şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri