Üçoğlan — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd ərazisində aşağıdakı tarixi obyektlər yerləşir:
neolit dövrünə aid edilən Bəşirtəpə və Kərimtəpə (Üçoğlandan şimali-şərqə) yaşayış yerləri; Qədim qəbiristanlıq təpəsi, kurqan, Böyüktəpə və Qaçaytəpə yaşayış məntəqələri, tunc dövrünə aid nekropol; orta əsrə aid Abıştəpə yaşayış məntəqəsi. 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əsasən Kənddə Ağdam rayonunun Üçoğlan bələdiyyəsi təşkil edilmişdir.
7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə, 3,2 milyon manat ayrılmışdır.Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2014-cü il tarixli Sərəncamı president.az
18.11.2025-ci il tarxili 50-VIIQ nömrəli Qanunun 7.1-ci bəndinə əsasən: "Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi" yaradılmışdır (Qanun 25.11.2024-cü il tarixlindən qüvvədədir). Həmin Bələdiyyənin mərkəzi Üçoğlan kəndidir.
Həmçinin bax Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsi
Ağdam rayonunun Üçoğlan bələdiyyəsi
Şəxsiyyətləri Səlim bəy Behbudov — ziyalı, tərcüməçi. Cəfərov Elçin Lənkəran oğlu — “Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun kəndləri