Sevinc Bünyatova () — Azərbaycanı təmsil edən qılıncoynadan.

Həyatı Sevinc Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevil Bünyatova da qılıncoynadandır.

Karyerası Sevinc Bünyatova 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Sevinc Bünyatova "A" qrupunu 1-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevinc Bünyatova əvvəlcə 1/8 final mərhələsində İtaliya nümayəndəsi Rebecca Carganonanı 15:8, sonra isə 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Alina Komaşuxa 15:11 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Polşa nümayəndəsi Angelina Vatora 11:15 hesabı ilə məğlub olan Sevinc Bünyatova I Avropa Oyunlarının bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sevinc Yaqut qızı Bünyadova "Tərəqqi" medalı ilə təltif edildi.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın qılıncoynadanları Kateqoriya:2015 Avropa Oyunlarında qılıncoynadanlar Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar