Hiroşima Müasir İncəsənət Muzeyi () — Yaponiyada Hiroşima şəhərinin Minami rayonunda bədii muzey
Tarixi Müasir İncəsənət Muzeyi Hiroşima şəhərində 3 may 1989-cu ildə açılmışdır. Muzeyin binası Yaponiya arxitektoru Kise Kurokava təfəfindən layihələşdirilmiş və Xidziyama parkında tikilmişdir. Muzeyin kolleksiyasına İkinci Dünya müharibəsindən sonra Avropa və Yaponiya rəssamlarının 280 əsəri daxil edilmişdir. Kolleksiya gənc rəssamların əsərləri hesabına ildən-ilə artırılır.
Muzeyin ərazisində muzey mağazası, kafe, muzey studiyası, video-zal və kitabxana vardır.
Muzey tamaşaçılar üçün bazar ertəsindən başqa hər gün saat 10:00-dan 17:00-dək (yay dövründə saat 19:00-dək) açıqdır.
İstinadlar
Xarici keçidlər Официальный сайт Хиросимского музея современного искусства
Kateqoriya:Yaponiyadakı incəsənət muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:3 mayda yarananlar Kateqoriya:1989-cu ildə Yaponiyada yarananlar Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Hiroşima Kateqoriya:Yaponiyada modern memarlıq Kateqoriya:1989-cu ildə yaradılmış muzeylər Kateqoriya:Hiroşima prefekturasındakı muzeylər