Pauell adası () — Cənubi Orkney adalarına daxil olan kiçik ada. Adanın ən hündür nöqtəsi 594 m təşkil edir. Pauell adası Koroneyşen və Lori adaları arasında yerləşir. Adalardan Lyotveyt və Vaşinqton boğazı vastəsi ilə ayrılır. Adanın cənubunda Miçelsen, Fredriksen və Qrey adaları yerləşir. Daimi əhalisi yoxdur.
Tarix Ada 1821-ci ilin dekabrında britaniyalı Corc Pauel və amerikalı Nataniel Palmer tərəfindən aşkarlanır.
İlk araşdırmalar 1933 ildə aparılmışdır. 1957 və 1964-65 illərdə geoloji, topoqrafik araşdırmalar A. Hoskins () və K. Holms () tərəfindən aparılır.
Lanşaft Adanın lanşaftı təpəlikdir. Şimaldan cənuba doğru hündürlük azalır. Adanın böyük qismi buzlaqlarla örtülüdür. Hündürlüyü 90–120 m olan təpəliklər müşahidə edilirJanet W. Thomson The geology of Powell, Christoffersen and Michelsen Islands, South Orkney Islands // British Antarctic Survey Bulletin.
İstinadlar
Mənbə
Kateqoriya:Cənubi Orkney adaları Kateqoriya:Cənub okeanının yaşayış olmayan adaları