Krakov Müasir İncəsənət Muzeyi () — Polşanın Krakov şəhərində yerləşən müasir incəsənət muzeyi. Muzey Lilov küçəsində keçmiş Şindler fabrikinin 4 istehsal binasından birində yerləşir. Muzeyin ilk direktoru sənətşünas Mariya Anna Potatskaya olmuşdur.

Tarixi Müasir incəsənət muzeyinin yaradılması ideyası XXI əsrin əvvəllərində Krakov bədii cəmiyyətində geniş müzakirə olunmuşdur. 2005-ci ildə Krakov şəhər şurası Krakov şəhərində iflasa uğrayan "Unitra-Telpod" adlı elektrik istehsalı fabrikini satın alaraq öz mülkiyyətinə çevirdi. İkinci Dünya müharibəsi zamanı "Emailwarenfabrik (DEF)" adlanan bu müəssisə əvvəllər "Şindler fabriki" kimi də tanınırdı.

2005-ci ildə Krakov şəhərinin meri Yasek Mayxrovski Polşa Mədəniyyət Nazirliyinin yeni muzeyinin layihələşdirilməsinin maliyyələşdirilməsi barədə ərizə verdi. 2007-ci ildə fabrikin ərazisi iki hissəyə bölündü. Bu ərazinin bir hissəsi Krakov tarix muzeyinin sərəncamına verildi və burada "Krakov 1939-1945-ci illərdə işğal dövründə" adlı daimi sərgi təşkil olundu. Fabrikin ərazisinin ikinci hissəsi isə gələcək müasir incəsənət muzeyi üçün ayrıldı. 2007-ci ildə yeni muzey binasının tikintisi üçün müsabiqə keçirildi.

Muzeyin tikintisinə 2009-cu ilin dekabr ayında başlanıldı və tikinti işləri 2010-cu ilin noyabr ayında başa çatdırıldı. 19 may 2011-ci ildə Krakov Müasir İncəsənət Muzeyinin açılışı oldu. Elə həmin gün muzeydə "İncəsənətdə tarix", "Bibliofiliya", "Krakov Müasir İncəsənət Muzeyinin kolleksiyası", "Vordemberge-Gildewart fondunun mükafatçı laureatları", "Maurisiya Qomulitskinin yaradıcılığı", "Madelayn Santenin fotoqrafiyası", Meçislav Poremskinin kitabxanası" adlı daimi sərgilər nümayiş etdirildi.

Xarici keçid Официальная страница музея Offizielle Webseite (englisch) Interview mit Maria Anna Potocka (polnisch) Wilhelm Brasse (deutsch)

Kateqoriya:Krakov muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:2010-cu ildə yaradılmış muzeylər