Baunti () — arxipelaq 13 adadan ibarət olub Yeni Zelandiyanın Cənub adasından 650 km cənub-şərqdə yerləşir.
Yeni Zelandiyanın daxili adalar bölgəsinə daxildir.
Baunti adaları Ümumdünya irsi siyahısına daxildirlər.
Coğrafiyası thumb|right|300px|Baunti adalarının xəritəsi Adalar 179° 02' — 179° 07' ş. u., və 47° 40' — 47° 45' c. e. koordinatları arasında yerləşir.
Adaların ümumi sahəsi 1,35 km², ən hündür nöqtəsi 90 metr təşkil edir.
Əsas qrup (): Depot (Depot) (ən iri adası) Lion adası (Lion) Pinqivin adası (Penguin) Proklemeşeyn (Proclamation) Ranferli adası (Ranfurly) Ruatara adası (Ruatara) Spider adası (Spider) Tunnel adası (Tunnel) Mərkəzi qrup adalar (): Kaystl adası (Castle) Fannel adası (Funnel) (əsas ada) Payon (Prion) Şərq qrup adalar (): Molli Kep (Molly Cap) (əsas ada) Şimal qayası
Adalarda çoxlu sayda Pinqvin, Albatros və Suitilərə rast gəlinir. Bu səbəbdən ada XIX-XX əsrlər ərzində ovçular arasında məşhur olmuşdur.
Adaların iqlimi soyuq və sərtdir. Ən soyuq ayı avqust (+5°), isti aylar isə yanvar və fevraldır (+11°). Baunti adalarını bəzən tropik adalarla səhv salırlar. Adaların adı «Baunti».
Tarix Baunti adaları 1788-ci ildə «Baunti gəmisi» ilə həyata keçirilən ekspedisiya zamanı aşkarlanmışdır.
Əhali Adalar daimi əhaliyə malik deyildir. İnsanlar ancaq elmi məqsədlər naminə adalara baş vururlar.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Yeni Zelandiya adaları Kateqoriya:Cənub okeanı arxipelaqları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Yeni Zelandiyanın kimsəsiz adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq