Məliklər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Kəndin digər adı Məlikli olmuşdur.

Toponim məliklər (məlikli) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 4. V. 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Spandaryan qoyulmuşdur.

1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul (Sisyan), Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. (A-do, s. 288).

Əhalisi Kənddə 1831-ci ildə 22 nəfər, 1873 - cü ildə 112 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 230 nəfər, 1908-ci ildə 318 nəfər, 1914 - cü ildə 249 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147.

1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşlarИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205 və 1923 - cü ildən sonra kəndə ermənilər köçürülərək yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri en:Spandaryan, Syunik