Əfqan Bayramov () — Azərbaycanı təmsil edən ağır atlet.

Karyerası Karyerası ərzində Əfqan Bayramov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Karyerası ərzində Əfqan Bayramovun beynəlxalq turnirlərdə qeydə alınan ən ciddi uğuru 2012-ci ildə Antalya şəhərində baş tutan Avropa Çempionatınıda qızıl medala sahib olmaq oldu. Əfqan Bayramov həm də Azərbaycanı 2 dəfə olimpiadalarda təmsil etdi.

2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Əfqan Bayramov ümumi nəticədə olimpiadanı 320 (145+175) nəticə ilə altıncı pillədə başa vurdu.

Dörd il sonra, 2012-ci ilin avqustunda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında isə Əfqan Bayramov uğursuz çıxış etdi. Əfqan Bayramov birdən qaldırma turnirində hər üç cəhdidə də uğursuz oldu və olimpiadanı nəticəsiz başa vurdu.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi ağır atletləri Kateqoriya:Azərbaycanın olimpiya ağır atletləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Ağır atletika üzrə Avropa çempionları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:2013 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar