Harri Keyn (; ) — İngiltərə futbolçusu, hücumçu. Almaniyanın "Bayern Münhen" klubunun oyunçusu və İngiltərə milli futbol komandasının kapitanı. 2026-cı ildə Qızıl top mükafatını qazanmış, 2001-ci ildə Maykl Ouendən sonra bu mükafatı alan ilk ingilis futbolçu olmuşdur.
Keyn "Tottenhem Hotspur"un və İngiltərə millisinin bütün dövrlərin ən çox qol vuran futbolçusudur. Həmçinin Uefa Çempionlar Liqasında ən çox qol vuran ingilis oyunçudur. 2023-cü ildə Bundesliqa tarixinin ən bahalı transferi ilə "Bayern"ə keçmiş, burada 2024–25 və 2025–26 mövsümlərində Bundesliqa çempionu olmuş, 2025–26 mövsümündə isə Almaniya kubokunu da qazanmışdır. Bundesliqada ilk üç mövsümünün hər birində liqanın ən yaxşı bombardiri olmuşdur.
Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll"da, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də, həmçinin Çempionşipdə çıxış edən "Lester Siti"də oynayıb.
Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 27 mart 2015-ci ildə baş tutmuşdur.
Klub karyerası
Leyton Orient Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir. Keyn, yanvarın 22-də "Şeffild Uensdey" ilə oyunda klubun heyətində ilk qolunu vurub. Fevralın 22-də isə "Bristol Rovers" klubuna qarşı oyunda, görüşün 70-ci dəqiqəsində meydana çıxmasına baxmayaraq iki qol vurmuşdur.
Milluoll Keyn, 2012-ci ilin yanvarın 1-dən, 2011–12 mövsümünün sonunadək icarə əsasında Çempionşipdə mübarizə aparan, "Milluoll" klubuna transfer olunmuşdur. Yanvarın 3-də "Bristol Siti" ilə görüşdə yeni klubunun heyətində debüt etmiş, fevralın 25-də "Börnli" ilə görüşdə isə klubun heyətində ilk qolunu vurmuşdur. Keyn ümumilikdə klubun heyətində Çempionşipdə 22 oyunda meydana çıxmış və 7 qol vurmuşdur, bundan əlavə İngiltərə kubokunda 5 oyunda meydana çıxmış və 2 qol vurmağı bacarmışdır.
Norviç Siti Keyn, 2012-ci il avqustun 31-də icarə əsasında İngiltərə Premyer Liqasında mübarizə aparan "Norviç Siti" klubunun heyətinə keçmişdir. Lakin klubun heyətində olduğu müddətdə cəmi 3 oyunda meydançaya çıxmağı bacarmışdır. İki dəfə "Mançester Siti" klubuna qarşı, bir dəfə isə "Vest Hem Yunayted"ə qarşı oynanılmış görüşdə. Ümumiyyətlə bu müddət Keynin tez-tez zədələr alması ilə yadda qalıb. 1 fevral 2013-cü ildə o, "Tottenhem Hotspur"a geri çağırılıb.
Lester Siti 2013-cü il fevralın 21-də Keyn növbəti dəfə icarəyə verilib. Bu dəfə o Çempionşipdə mübarizə aparan "Lester Siti" klubuna keçib. O, fevralın 23-də "Bləkpul" komandasına qarşı görüşdə klubun heyətində debüt etmişdir. Fevralın 26-da "Bləkbörn Rovers" komandasına qarşı oynanılmış və 3–0 hesabı ilə başa çatmış oyunda isə yeni komandanın formasında ilk qolunu vurmuşdur. Ümumilikdə klubun heyətində 13 görüşdə meydançaya çıxan Keyn, bu müddət ərzində rəqib qapılarından 2 top keçirib.
Tottenhem Hotspur Keyn, 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində "Harts" klubuna qarşı oynanılan görüşdə "Tottenhem Hotspur"un heyətində debüt edib. O, bu görüşün 29-cu dəqiqəsində komandasının lehinə 11 metrlik cərimə zərbəsi qazanıb. Onun komandanın heyətində ikinci görüşü, 2011-ci il sentyabrın 15-də, artıq turnirin qrup mərhələsində "PAOK" ilə görüşə təsadüf edib. Bu oyunda Keyn hakimi aldatmağa cəhd etdiyinə görə sarı vərəqə alması ilə yadda qalıb. Futbolçu əsas komandada ilk qolunu 2011-ci il dekabrın 15-də "Şemrok Rovers" ilə səfər matçında vurub. Bu görüş "Tottenhem Hotspur"un 4:0 hesablı qələbəsi ilə bitib. Hücumçu 2011–2012-ci il Avropa Liqasında 5-i qrup mərhələsində olmaqla ümumilikdə 6 görüşdə meydançaya çıxıb.
Keyn, 2012-ci il avqustun 18-də "Nyukasl Yunaytedə" qarşı oynanılan görüşdə Premyer Liqada debüt edib. O, bu görüşün 85-ci dəqiqəsində Sandronu əvəzləyib, ancaq bu dəyişiklik "Tottenhem Hotspur"u 1:2 hesablı məğlubiyyətdən xilas etməyib. Hücumçu 2013-cü il sentyabrın 2-də "Kardiff Siti" ilə oynanılan görüşün 82-ci dəqiqəsində Andros Taunsendin əvəzinə meydançaya daxil olmuş və komandasına minimal hesablı qələbə qazanmağa kömək etmişdir. Keyn, 2015-ci il yanvarın 1-də "Çelsi" ilə oyunda iki qol vurmuş və bir qol ötürməsi etmişdir. Bunun sayəsində "Tottenhem Hotspur" Şimali London derbisində 5:3 hesabı ilə qələbə qazanmışdır.
2015-ci il fevralın 2-də "Tottenhem Hotspur" ilə olan müqaviləsinin müddətini 2020-ci ilədək uzadıb.
Keyn 2015–16 mövsümündə 25 qolla Premyer Liqanın ən yaxşı bombardiri olaraq "Qızıl butsu"nu qazanmışdır. 2023-cü ilin martında o, həm "Tottenhem"in, həm də İngiltərə millisinin bütün dövrlərin ən çox qol vuran futbolçusu idi. Klubdakı karyerasını klub rekordu olan 280 qolla başa vurmuşdur; Premyer Liqada vurduğu 213 qol Alan Şirerdən sonra liqa tarixində ikinci göstərici idi. "Tottenhem"də heç bir böyük kubok qazanmamışdır.
Bayern Münhen 12 avqust 2023-cü ildə Keyn dörd illik müqavilə ilə "Bayern Münhen"ə keçmişdir. Transfer haqqının 100 milyon funt sterlinqi keçdiyi bildirilmiş və bu, Bundesliqa klubunun ödədiyi ən böyük məbləğ olmuşdur; əvvəlki rekord "Bayern"in 2019-cu ildə Lukas Ernandes üçün ödədiyi 80 milyon avro idi.
İlk mövsümündə (2023–24) Bundesliqada 36 qol vuraraq Avropanın "Qızıl butsu" mükafatını qazanmışdır. 2024–25 mövsümündə "Bayern"lə Bundesliqa çempionu olaraq karyerasının ilk böyük kubokunu qazanmış, Bundesliqanın mövsümün oyunçusu seçilmişdir.
2025–26 mövsümündə "Bayern" yenidən Bundesliqa çempionu olmuş, Keyn 36 qolla ardıcıl üçüncü dəfə liqanın ən yaxşı bombardiri olmuşdur; o, Bundesliqa tarixində ilk üç mövsümünün hər birində bu mükafatı qazanan ilk futbolçudur. Almaniya kubokunun finalında "Ştutqart"a qarşı het-trik edərək komandasına kuboku qazandırmışdır. Bütün yarışlarda "Bayern" üçün 51 oyunda 61 qol vuraraq klub tarixində bir mövsümdə ən çox qol vuran futbolçu olmuş, Çempionlar Liqasında 14 qol vurmuş, komandası isə bu turnirin yarımfinalında mübarizəni dayandırmışdır. Mövsümün sonunda ikinci dəfə Avropanın "Qızıl butsu"nu qazanmışdır.
Qızıl top 26 oktyabr 2026-cı ildə Londonda keçirilən mərasimdə Keyn Kilian Mbappe və Lamin Yamalı qabaqlayaraq Qızıl top mükafatını qazanmışdır. O, mükafatı qazanan beşinci ingilis futbolçu və 1981-ci ildə Karl-Hayns Rummeniggedən sonra ilk "Bayern" oyunçusudur. Həmin mərasimdə mövsümün ən məhsuldar hücumçusuna verilən Gerd Müller kubokunu da almışdır.
Klub statistikası
KlubMövsümLiqaFA KubokuLiqa KubokuAvropaDigərCəmi ÇempionatOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolTottenhem Hotspur2009–10Premyer Liqa000000——002011–12Premyer Liqa00000061—612012–13Premyer Liqa10000000—102013–14Premyer Liqa103002170—1942014–15Premyer Liqa3421206397—51312015–16Premyer Liqa3825411072—5028Total834961942910—12764Leyton Orient (icarə)2010–11Birinci Liqa1850000—00185Milluoll (icarə)2011–12Çempionşip2275200——279Norviç Siti (icarə)2012–13Premyer Liqa301010——50Lester Siti (icarə)2012–13Çempionşip1320000—20152Karyera cəmi1396312310429102019280
Milli komanda karyerası Keyn, 2010-cu ilin yanvarında, 17 yaşadək yeniyetmələr arasında Portuqaliyada keçiriləcək turnir üçün İngiltərə yığmasına çağırılıb. Sonradan o, 19 yaşlılardan ibarət İngiltərə Milli Futbol Komandasına keçib və 8 oktyabr 2010-cu ildə Albaniyalı həmyaşıdlarına qarşı oyunda iki qol vurub. İngiltərə yığmasının 2012-ci ilin iyulunda Estoniyada keçirilən Avropa çempionatında yarımfinala qədər irəliləyə bilməsində Keyn də mühüm rol oynamışdır. Belə ki, hücumçu turnirin qrup mərhələsində Fransa yığmasının qapısına həlledici qol vurmuşdur, məhz bu qol İngiltərə yığmasının turnirin pley-off mərhələsinə keçməsini təmin etmişdir. Keyn, ümumilikdə 19 yaşlılardan ibarət İngiltərə millisinin heyətində 14 görüş keçirmiş və bu görüşlər ərzində 6 qol vurmuşdur.
Keynin adı 2013-cü il iyunun 21-də Türkiyədə keçiriləcək 2013-cü il FIFA Dünya Kubokuna gedəcək İngiltərə yığmasının iştirak ərizəsinə düşüb."Final squad named" TheFA.com. 28 may 2013. Retrieved 17 June 2013. O, bu turnirdə iyunun 16-da Uruqvayla oyunda debüt etmiş,"Training win for Three Lions" TheFA.com. 16 June 2013. Retrieved 17 June 2013. İraqla oyunda qol ötürməsi vermiş,"England v Iraq" TheFA.com. 23 June 2013. Retrieved 24 June 2013/ Çili yığması ilə oyunda isə qol vurmuşdur."All square in Antalya" TheFA.com. 26 June 2013. Retrieved 26 June 2013.
Keyn, 13 avqust 2013-cü ildə Şotlandiya ilə oyunun 58-ci dəqiqəsində meydana çıxaraq 21 yaşa qədər İngiltərə millisində debüt etmişdir. Bu görüşdə İngiltərə millisi rəqibinə 6–0 hesabı ilə qalib gəlmişdir. O, həmçinin gənclər arasında UEFA Avropa Çempionatının təsnifat mərhələsində də iştirak etmişdir.
Keyn, 2015-ci il martın 27-də Litva yığmasına qarşı görüşdə İngiltərə yığmasının heyətində debüt etmişdir. O, bu görüşün 72-ci dəqiqəsində Ueyn Runini əvəzləmiş və artıq 73-cü dəqiqədə millidə ilk qolunu vurmuşdur.
2018 FİFA Dünya Kubokunda Keyn İngiltərə millisinin kapitanı olmuş və 6 qolla turnirin "Qızıl butsu"nu qazanmışdır; bununla o, Qari Lineker (1986) və Alan Şirerdən (1996) sonra böyük turnirdə "Qızıl butsu" qazanan üçüncü ingilis futbolçu olmuşdur. 23 mart 2023-cü ildə İtaliyaya qarşı Avro-2024 seçmə oyununda penaltidən vurduğu 54-cü qolu ilə Ueyn Runinin rekordunu keçərək İngiltərə millisinin bütün dövrlərin ən çox qol vuran futbolçusu olmuşdur.
2026 FİFA Dünya Kubokunda Keyn 6 qol vurmuş, İngiltərə yarımfinalda məğlub olmuşdur. Üçüncü yer uğrunda oyunda İngiltərə Fransanı 6–4 hesabı ilə məğlub edərək bürünc medal qazanmışdır.
Əsas milli komandada vurduğu qollar
Mənbə:"Harry Kane" Soccerway. Retrieved 27 March 2015. # Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1. 27 mart 2015 Uembli stadionu, London, İngiltərə Litva 4–0 4–0 UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələ 2. 5 sentyabr 2015 San-Marino Stadionu, Serravalle, San-Marino San-Marino 5–0 6–0 UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələ 3. 8 sentyabr 2015 Uembli stadionu, London, İngiltərə İsveçrə 1–0 2–0 UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələ 2. 26 mart 2016 Berlin Olimpiya Stadionu, Berlin, Almaniya Almaniya 2–1 3–2 Yoldaşlıq oyunu 3. 22 may 2016 Mançester Şəhər Stadionu, Mançester, İngiltərə Türkiyə 1–0 2–1 Yoldaşlıq oyunu
Mükafatları
Komanda Bayern Münhen Bundesliqa çempionu: 2024–25, 2025–26 Almaniya kuboku qalibi: 2025–26 İngiltərə Dünya Kuboku: bürünc medal, 2026
Şəxsi Qızıl top: 2026 Gerd Müller kuboku: 2026 Avropanın "Qızıl butsu": 2023–24, 2025–26 Bundesliqanın ən yaxşı bombardiri: 2023–24, 2024–25, 2025–26 Bundesliqada mövsümün oyunçusu: 2024–25 Dünya Kubokunun "Qızıl butsu": 2018 "Milluoll" klubunda mövsümün gənc oyunçusu: 2011–12 İngiltərə Premyer Liqasında ayın oyunçusu: yanvar 2015, fevral 2015 İngiltərədə ayın qolu: yanvar 2015 PFA versiyası üzrə ilin komandası: 2014–15 PFA versiyası üzrə ilin gənc oyunçusu: 2014–15 İngiltərə Premyer Liqasının qızıl butsu: 2015–16 "Kicker" jurnalı tərəfindən "İlin şəxsiyyəti" mükafatını alıb
İstinadlar
Xarici keçidlər
Soccerbase saytında statistika
Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Lester Siti FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları