Dünya ətrafında 80 xəzinə () - BBC tərəfindən istehsal olunmuş on seriyalı incəsənət və səyahət sənədli filmidir. İncəsənət tarixi üzrə mütəxəssis Den Kruinkşank tərəfindən hazırlanmış sənədli film ilk dəfə 2005-ci ilin mart-aprel aylarında yayımlanmışdır. Filmin adı Jül Vernin məşhur "80 gün dünya ətrafında" romanının adından götürülmüşdür.

Serialda beş aylıq dünya turuna başlayan tədqiqatçı insanlar tərəfindən yaradılmış və müxtəlif ölkələrdə yerləşən 80 xəzinəni təqdim edilir. Mühüm əhəmiyyətli xəzinələr arasında memarlıq nümunələri və tarixi artefaktlar vardır. Dünya turu çərçivəsində ümumilikdə 34 ölkəni ziyarət edən Kruinkşank yeddi qitədən altısında olur (Antarktidaya getmir). Həmin dövrdə təhlükəli ərazi olduğuna görə tədqiqatçı İraqa getməkdən imtina edir.

Serial boyunca tədqiq edilən 80 xəzinədən başqa tədqiqatçı səfər etdiyi yerlərdə müxtəlif qeyri-ənənəvi qida nümunələrinin (qoyun xayası, beyin, müxtəlif cücülər və sair) dadına baxır, yerli adətlər və ərazinin tarixi haqqında məlumat verir. Nəqliyyat vasitəsi kimi təyyarə, qatar, dəvə, ulaq, ayaq, hava şarı, velosiped, skuter, avtomobil və qayıq istifadə edilir.

Tədqiqatçının memarlığa olan sevgisi filmdə özünü açıq göstərir. Seçilmiş xəzinələrin bir çoxu memarlıq və tarixi abidələrdir. UKTV serialı bir neçə dəfə təkrar efirə verib. Lakin kommersiya standartlarına uyğun olaraq (arada reklamların yerləşdirilməsi üçün) bir saat müddətinə sığması üçün seriyalar montaj edilərək davam etmə müddəti 46 dəqiqəyə qədər azaldılıb.

Kitab Sənədli filmləri müşayiət edən iki cildli kitab nəşr edilmişdir. Den Kruinkşank tərəfindən səfər zamanı gündəlik kimi yazılmış kitablarda çoxsaylı səhnə arxası səhnələrin təsviri, xəzinələrin detallı təsviri və tədqiqatçının ziyarət etdiyi yerlər haqqında şəxsi fikirləri yer alır.

Seriya 1: Perudan Braziliyaya № Ərazi Xəzinə Qısa təsvir Şəkil Koordinantları 1 Andlar, Peru Maçu Pikçu İnk İmperiyasının bütün dünyada məşhur olan və 1911-ci ildə kəşf edilmiş paytaxtı. 100px|Maçu Pikçu 2 Andlar, Peru İnklərin duz ayırma yerləri Dağlıq keçidlərdə XV əsrdə inklər tərəfindən hazırlanmış və duz alınması üçün istifadə olunmuş terras formalı quyulu yerlərdir. Ərazidə toplanmış suyun günəş şüaları altında buxarlanmasından sonra yerdə qalan duzlar toplanır. 100px|İnklərin duz ayırma yerləri 3 Naska, Peru Naska xətləri Yalnız yüksəklikdən görünən 300-dən çox geometrik və canlı təsvirləridir. B.e. III-VI əsrlərinə aid edilir. Quraqlıq iqlim sayəsində günümüzə çatmışdır. 100px|Naska xətləri 4 Lambayeke, Peru Sipan hörümçək torları Tanrı-hörümçək təsvir edilmiş Moçe sivilizasiyasına məxsus boyunbağılarıdır. B.e. I-II əsrlərinə aid edilən zinət əşyaları Sipan hakiminin məzarından aşkarlanıb. Hazırda Sipan hökmdar məzarları muzeyində saxlanılır.100x100px|Sipan hörümçək torları 5 Truxilo, Peru Çan-Çan Bişmiş gildən inşa edilmiş ən böyük şəhərdir. Əsası b.e. XIV əsrində çimu sivilizasiyası tərəfindən qoulub. 100px|Çan-Çan 6 Pasxa adası Moai Polineziyalılar tərəfindən ən geci 1000 il əvvəl hazırlanması ehtimal edilən, bəziləri monolit olan, insan başı formalı nəhəng daş heykəllərdir. 100px|Moai 7 Kuyaba, Braziliya Umahra baş geyimləri Rəngarəng tutuquşu lələklərinin insan saçları vasitəsi ilə bir-birinə bağlanması vasitəsiylə hazırlanan və Amazoniyanın simvolu olan baş geyimləridir. 100px|Umahra baş geyimləri 8 Rio-de-Janeyro, Braziliya İsa Məsihin heykəli İsa Məsihin 38 metr hündürlüyündə olan heykəlidir. Dünyada Ar-deko stilində hazırlanmış ən böyük heykəldir. 100px|İsa Məsihin heykəli

Seriya 2: Meksikadan Amerikaya № Ərazi Xəzinə Qısa təsvir Şəkil Koordinantları 9 Cənubi Meksika Palenke Mayalıların ən böyük şəhəridir, b.e. VII əsrində inşa edilib, sivilizasiyanın memarlıq bacarığını, heykəltəraşlıq və yapışdırma relyef sahəsindəki bacarığını gözəl nümayiş etdirir. 100px|Palenke sarayı 10 Tollan Tula, Meksika Tula nəhəngləri B.e. X əsrində tolteklər tayfası tərəfindən hazırlanmış nəhəng daş sütunlardır. Sütunlar tolteklərin tanrılarını qoruyan döyüşçülər formasında hazırlanmışdır. Başlarında lələklərdən hazırlanmış geyim olan döyüşçülər qılınc, ox və nizələrlə silahlandırılıblar. 100px|Tula nəhəngləri 11 Mexiko, Meksika İnsanlıq yol ayrıcında Dieqo Riveranın Nelson Rokfellerin sifarişi ilə işlədiyi nəhəng divar rəsmidir. Əsərdə kapitalizm və kommunizm arasındakı qarşıdurma göstərilib. Rokfeller əsəri bəyənmədiyi üçün dağıdılmasını əmr verib. Nyu-Yorkda məhv edilmiş əsəri Rivera Mexikoda yenidən yaradıb. 100px|İnsanlıq yol ayrıcında 12 Kortez, Kolorado, ABŞ 1851-ci il «Kolt» revolveri ABŞ Vətəndaş müharibəsi zamanı istifadə olunmuş, Vəhşi Qərbin tabe edilməsindən sonra «Manifest Destiny» şüarı ilə açıq saxlanmasına icazə verilmiş, kütləvi istehsal olunan altı gülləli revolverdir. 100px|Revolver 13 Qayalı dağlar kanyonu, Kolorado, ABŞ Mesa-Verde B.e. XI əsrində naməlum sirrli xalq tərəfindən inşa edilmiş kiçik qayalıq şəhəridir. 100px|Mesa Verde 14 Şarlottsvill, Virciniya, ABŞ Montiçello XVIII əsrin sonlarında Tomas Ceffersonun layihəsi əsasında onun üçün inşa edilmiş mülkdür. Bina ABŞ müstəqilliyinin simvolu hesab edilir. 100px|Montiçello 15 Nyu-York, Nyu-York, ABŞ Azadlıq heykəli İstiqlal bəyannaməsinin yubileyi münasibətilə fransız xalqı adından Fransa dövləti tərəfindən ABŞ-a hədiyyə edilmiş 46 metr hündürlüyü olan bürünc heykəldir. 100px|Azadlıq heykəli 16 Manhetten, Nyu-York, ABŞ Siqrem-bildinq göydələni Dünyada ilk ofis göydələni. XX əsrin 50-ci illərinin ortalarında inşa edilmiş bina, memarlıqda sadəlik və funksionallığın etalonu hesab edilir. 100px|Siqrem-bildinq

Seriya 3: Avstraliyadan Kambocaya № Ərazi Xəzinə Qısa təsvir Şəkil Koordinantları 17 Sidney, Avstraliya Müqəddəs Ceyms kilsəsi Son klassik stildə, 1819-cu ildə inşa edilmiş kilsədir. Kilsənin memarı ingilis dustaq Frensis Qrinuemdir. Kilsənin inşası Sidneyin dustaqlar şəhərindən paytaxt şəhərə çevrilməsi prosesinin əsasını qoymuşdur. 100px|Müqəddəs Ceyms kilsəsi 18 Avstraliyanın şimalında Kakadu milli parkı Qayaüstü təsvirlər Əksəri bir-birinin üstünə keçən bir neçə yüz qayaüstü təsvir. Təsvirlərin əksəri 20-30 min il əvvəlki dövrə aid edilir. 100px|Qayaüstü təsvirlər 19 Toracaland, İndoneziya Ruh evləri Qayığa bənzər damları olan və insanın digər aləmlərdəki həyatını simvolizə edən qeyri-adi evlərdir. Bu cür evlər xoruz təsvirləri və dəfn zamanı qurban kəsilmiş camışların buynuzları ilə bəzədilir. Bu yer, tayfanın ölmüş sakinlərinin mütləq keçməli olduğu məkan hesab edilir. 100x100px|Ruh evləri 20 Toracaland, İndoneziya Ölülər şəhəri "Tau Tau" Toraca xalqının ölmüş nümayəndələrinin təsvir edildiyi taxta heykəllərdən ibarət şəhərcikdir. Heykəllər dəfn yerlərinin yuxarısındakı qayalıqlarda yerləşdirilir və onlar vasitəsiylə yaxınları ölmüş ailə üzvlərinin ruhları ilə əlaqə saxlayırlar. 100x100px|Ölülər şəhəri "Tau Tau" 21 Yava, İndoneziya Borobudur Cənub yarımkürəsindəki qədim abidələr arasında ən böyük olanı, dünyanın ən böyük buddist məbəd kompleksidir.Buddistin nirvanaya gedən yolunu əks etdirir. 100px|Borobudur 22 Ayutaya, Tailand Qızıl şir Qızıldan hazırlanmış və qiymətli daş-qaşlarla bəzədilmiş nəfis fil heykəlciyi. Heykəlcik 1420-ci ildə qüdrətli hökmdarın hakimiyyət üstündə fillər üzərində duelə çıxmış və nəticədə hər ikisi həlak olmuş oğullarının xatirəsinə hazırlanmışdır. Vat-Raçaburana məbədindən tapılmış heykəlcik hazırda Ayutaya Milli Muzeyində saxlanılır. N/A 23 Siemreap, Kamboca Anqkor Vat Hinduizmin baş tanrısı olan Vişnaya həsr edilmiş məbəd kompleksidir. XII əsrin ortalarında, Xmerlərin kralı II Suryavarmana tərəfindən inşa etdirilmişdir. Kral məbədi sifariş edərkən daşlar üzərində səmavi həyatı əks etdirməyi qarşısına məqsəd qoymuşdu. 24 Anqkor, Kamboca Anqkor Txom şəhərində Bayon məbədinin daş üzləri Anqkor Txom şəhəri onun banisi VII Cayyavarmananın hərbi triumfunu əks etdirən abidədir. Şəhərin mərkəzində isə Bayon buddist məbədi yerləşir. Məbədin bütün divarları müxtəlif insan üzlərini əks etdirən daş plitələrlə örtülmüşdür. 100px|Bayon məbədinin daş üzləri

Seriya 4: Yaponiyadan Çinə № Ərazi Xəzinə Qısa təsvir Şəkil Koordinantları 25 Tokio, Yaponiya Katana Samurayların əsrlərdir istifadə etdikləri və yapon mədəniyyətinin simvollarından biri hesab edilən samuray qılıncıdır. 100px|XVI-XVII əsrlərə aid katana 26 Himeci, Yaponiya Himeci qəsri Hime dağının ətəyində qəsrin inşasına XIV əsrin ortalarında (Muromati dövrü) başlanmışdır. Qəsr adını möhtəşəm ağ quşu xatırladan xüsusi forması və eleqant görünüşünə görə almışdır. Yaponiyanın dövrümüzə çatmış ən qədim qəsrlərindən biridir. Qəsr kompleksinə daxil olan 83 binanın hamısı ağacdan inşa edilmişdir. 100px|Himeci qəsri 27 Kyoto, Yaponiya Dzen stilində hazırlanmış Ryöan-dzi bağı Ryöan-dzi 1450-ci ildə Hosokava Kaçumoto tərəfindən inşa etdirilmişdir. Məbədin havadarları Toyotomi Hideyösi və Tokuqava İeyasu olmuşlar. Məbədin adı «əjdahanın dincəldiyi məbəd» anlamını ifadə edir. 100px|Ryöan-dzi bağı 28 Pekin, Çin Yasaq şəhər Yasaq şəhər dünyada ən böyük saray kompleksidir. Kompleksin ümumi sahəsi 720.000 kv.m.-dir. Kompleksə 8707 otaq (əfsanəyə görə 9999 otaqdır, lakin onlardan bəziləri gizli olduğundan bilinmir) daxildir. 100px|Yasaq şəhər 29 Pekin, Çin İxeyuan yay sarayının parkı Pekin şəhəri yaxınlığında yerləşən, Tzin sülaləsi hökmdarlarının yay iqamətgahıdır. 3000-dən çox tikilinin daxil olduğu park kompleksi UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 100px|Mərmər gəmi 30 Çin Böyük Çin səddi Qədim Çin memarlığının ən gözəl nümunələrindən biri olan və Çinin şimal sərhəddləri boyunca uzanan möhtəşəm divardır. İlkin hissələri e.ə. IV-III əsrlərdə inşa edilib. E.ə. 221-ci ildə Çinin birləşdirilməsindən sonra imperator Sin Şi Xuandi imperiyanın şimal və şimal-qərb sərhədlərinin köçəri xalqların hücumlarından qorunmasını təmin etmək üçün səddin davamının inşa olunmasını əmr etmişdir. 100px|Böyük Çin səddi 31 Sian, Çin Terrakota ordusu 8099 Çin döyüşçüsü və onların atlarının tam ölçülü heykəllərinin dəfn edildiyi yerdir. 1974-cü ildə imperator Sin Şi Xuandinin məzarının yanında aşkar edilib. 100px|Terrakota ordusu 32 Şanxay, Çin Min sülaləsinin çinisi Çində kəşf olunmuş çini qablar Çin mədəniyyətinin simvollarından biri hesab edilməklə dünyanın ən məşhur muzeylərinin kolleksiyalarını bəzəyir. Min sülaləsi dövründə (1368—1644) istehsal edilmiş çini məhsulları isə öz incəliyi və naxışları ilə daha məşhurdur. Şanxay muzeyi dünyada ən böyük Min çinisi kolleksiyalarından birinə malikdir.

Seriya 5: Hindistandan Şri-Lankaya