Maşın hissələri — maşınqayırmada işlədilən anlayış olub, yığma əməliyyatı aparmadan eyni bir materilaldan hazırlanan ən sadə maşın hissəsi nəzərdə tutulur.Başqa sözlə maşının özü sökülə bilməyən hissəsinə deyilir.
O, maşınların mühəndislik prinsiplərinə əsaslanan layihələndirilməsi zamanı elementar tapşırıqların yerinə yetirilməsi üçün texniki vasitədir. Ona görə də, müxtəlif maşınlarda tətbiq olunan hissələr eyni funksiyaya malikdirlər (məsələn vallar, vintlər, oymaqlar və s.).
Buna görə də, maşın hissələri fənni mühəndislik təhsilinin əsas hissəsini təşkil edir.Burada maşın hissələrinin ayrı-ayrılıqda və onların başqaları ilə birlikdə işləmə prinsipləri və hesablanması öyrədilir. Bir elm sahəsi kimi maşın hissələri nisbətən yaxşı araşdırılmış və bu sahədə kifayət qədər standart və normativlər hazırlanmışdır.
Onlar kütləvi şəkildə istehsal olunduğundan nisbətən aşağı maya dyərinə malikdirlər. Onların yaxşı işləməsi hesabatla bərabər mexaniki emal texnologiyasından da möhkəm asılıdır.
Birləşmələr
Yiv birləşməsi Bolt birləşməsi Vint birləşməsi Sancaq birləşməsi Qaynaq birləşməsi Pərçim birləşməsi Yapışqan birləşməsi Val-oymaq tipli zəmanətli-gərilməli quraşdırma İşgil birləşməsi Şlis birləşməsi Profilli birləşmələr
Mexaniki Ötürmələr
Fırlanma hərəkəti icra edənlər Qayış ötürməsi Zəncir ötürməsi Friksion ötürməsi Variatorlar Dişli çarx ötürməsi Sonsuzvint ötürməsi Vallar Oxlar Yastıqlar Muftalar Əyləclər
Düzxətli hərəkəti icra edənlər Xətti birləşmələr
Başqaları Kipləşdiricilər Boru birləşmələri Gövdə konstruksiyaları Yaylar.
Mənbə Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.
Həmçinin bax Maşınqayırma
Kateqoriya:Mexanika mühəndisliyi