Alan Sidni Patrik Rikman (, ) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir.

Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır.

1995-ci ildə Rikman "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, Emmi və Ekran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır.

Aktyor Tom Byörkun xaç atasıdır.Relative Values: Little did I know my boy would become a Musketeer , thesundaytimes.co.uk; accessed 14 yanvar 2016. Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.

Həyatı Erkən dövr və təhsili

Rikman Akton, LondondaProfile , biography.com; accessed 1 fevral 2016. işçi ailəsində dünyaya gəlmişdir. Evdar xanım olmuş Marqaret Dorin Rouz (Barlett) və fabrika işçisi olmuş Bernard Rikmanın övladıdır. Onun nəsil şəcərəsində ingilis, irland və uelslilər daxil olmuş, atası katolik, anası isə metodist olmuşdur. Onun Devid adlı özündən böyük (doğ.1944) qardaşı qrafik dizayner, Maykl adlı kiçik qardaşı (doğ. 1947) tennis hakimidir. Şeyla (doğ. 1950) adlı kiçik bacısı da vardır.England & Wales births 1837–2006. General Register Office. England and Wales Civil Registration Indexes. London, England: General Register Office. Print. Alan Aktondakı Deruonuoter İbtidai Məktəbində təhsilə başlamış, daha sonra isə təhsilini montessori metodu ilə davam etdirmişdir.

Rikmanın səkkiz yaşı olduqda atası vəfat etmiş və anası onları tək böyütməli olmuşdur. Bir müddət sonra anası yenidən evlənsə də, üç il sonra boşanmışdır. Rikman sonradan anasını xatırlayaraq qeyd edirdi ki, “Onun həyatında yalnız bir sevgi olmuşdur.” Rikman kalliqrafiya və akvarel istedadı ilə fərqlənmişdir. Rikman Deruonuoter Kiçik Məktəbinə daxil olmuş, daha sonra təhsilini Latimer Yuxarı Məktəbində davam etdirmişdir. Burada o, dram ilə maraqlanmağa başlamışdır. Latimer məktəbini bitirdikdən sonra Alan təhsilini Çelsi Sənət Kollecində, daha sonra isə Kral Sənət Kollecində davam etdirmişdir. Bu təhsil Alana “Nottinq Hill Herald” üçün qrafik dizayner fəaliyyətinə başlamağa kömək etmiş və Rikman bu işi aktyorluqdan daha sabit iş hesab etmişdir. “18 yaşlı gənc üçün dram məktəbi ağıllı seçim deyildi.”

Təhsilini başa vurduqdan sonra, Rikman bir neçə dostu ilə birlikdə “Graphiti” adlı qrafik dizayn studiyası açır, lakin, üç illik uğurlu fəaliyyətdən sonra, Rikman, nəhayət ki, peşəkar aktyorluqla məşğul olmaq qərarına gəlir. O, Kral Dram Sənəti Akademiyasına (RADA) müraciət edir və 1972-1974-cü illərdə burada təhsil alır. Şekspiri öyrəndiyi müddətdə Rikman Ser Naycel Hotorn və Ser Ralf Riçardson üçün geyim hazırlayan (səhnə dərzisi) işləyir.Interview Alan Rickman , abouthp.free.fr; İstifadə tarixi:1 fevral 2016.

Şəxsi həyatı

1965-ci ildə 19 yaşlı Alan 18 yaşlı Rima Hortonla tanış olur və bu gənc xanım, Rikmanın ilk qız dostu olur. Sonradan Rima Horton Kensinqton və Çelsi London Boro Şurasının Leyboristlər Partiyasının müşaviri (1986-2006) olur, həmçinin Kensinqton Universitetində iqtisadiyyatla bağlı mühazirələr oxuyur. 2015-ci ildə Rikman onların 2012-ci ildə Nyu-Yorkda gizli mərasimlə evləndiklərini açıqlamışdır. Onlar 1977-ci ildən 2016-cı ilin yanvarında Rikman vəfat edənə kimi birlikdə yaşamışlar.

“Üzlərin Saxlanması” tədqiqat fondunun rəhbəri olmuş Rikman həm də, bütün dünyada kasıblıqdan əziyyət çəkən artistlərə kömək edən Beynəlxalq Artistlərə Yardım Təşkilatının fəxri rəhbəri olmuşdur. Siyasətdən danışarkən Rikman demişdi ki, o, “Leyboristlər Partiyasının kart-daşıyan üzvü kimi doğulub.”

Rikman aktyor Tom Byörkun xaç atası olmuşdur.

Xəstəliyi və vəfatı

2015-ci ilin avqustunda Rikman kiçik insult keçirmiş, lakin, həkim baxış zamanı onda mədəaltı vəzi xərçəngi olduğunu da aşkarlamışdır. Yaxın ətrafı istisna olmaqla, aktyor hər kəsdən ağır xəstə olduğunu gizlətmişdir. 14 yanvar 2016-cı ildə Rikman dostları və qohumlarının əhatəsində London hospitalında vəfat etmişdir. Aktyorun ölümündən sonra onun fanatları Londonun Kral Xaçı Dəmir Yolu Stansiyasındakı "9¾ Platforması"-na çiçəklər gətirməyə başlamışlar.

Rikmanın xəstəliyi hər kəsdən gizlədildiyi üçün onun vəfatı da gözlənilməz olmuş, bir çox həmkarları və müasirləri bu hadisədən təəssüfləndiklərini bildirmişlər. Ralf Fayns “onun getdiyinə inana bilmirəm”, Ceyson Ayzek isə “dəhşətli xəbərdir” deyə qeyd etmişlər. Harri Potter romanlar seriyasının müəllifi olan yazıçı Coan Roulinq Rikmanın “möhtəşəm aktyor və gözəl insan” olduğunu demişdir. Emma Uotson yazır: “Bu cür xüsusi insan və aktyorla bir yerdə işlədiyimə görə çox xoşbəxtəm. Mən həqiqətən də bizim söhbətlərimiz üçün darıxacam.” Deniel Redkliff isə qeyd edir ki, “Mən əmin idim, o, London və Nyu-York səhnələrində elədiyim hər şeyi izləyir. O, bunu eləməli deyildi.” Evanna Linç deyir ki, “Rikmanın canladırdığı Sneyp obrazı ilə qarşılaşmaq çox qorxulu idi, lakin Sneyp olmadığı vaxt o, çox xeyirxah və səxavətli idi.” Rupert Qrint deyir ki, “hətta getmiş olsa belə, mən həmişə onun səsini eşidəcəyəm.”

London Film Tənqidçiləri Dairəsi Mükafatının təqdimetmə mərasimində göz yaşları içində nitq söyləyən Keyt Uinslet Rikmanı isti və səxavətli sözlərlə yad etmişdir. Helen Mirren deyir ki, “onun səsi bal və ya stiletto ülgüc təklif edə bilərdi”. Emma Tompson bildirir ki, “Barışmazlıq, bir çox şeyi, o cümlədən məni aydın gördüyü... təsvir edilməz və sinik ağlı onu böyük aktyor etmişdi ... Mən ondan çox şey öyrənmişdim.” “The Hollywood Reporter”-ə verdiyi müsahibədə Kolin Fört qeyd etmişdi ki, “bir aktyor kimi Rikman müəllim idi”. “Məğlubedilməz” filminin rejissoru Con MakTirnan qeyd edir ki, Rikman “ekranda daha çox məşhur olduğu mənfi obrazların antitezisi olmuşdur.” Ser Yan MakKellen yazır: “[Rikmanın] sevincli olduğu qədər gözəl olan kədərli üzünün arxasında axtarıcı və nail, super-qəhrəman, təvazökar, lakin ölümcül effektiv olan super-aktiv ruh yaşayırdı.”

Fəaliyyəti Teatr 180px|thumbnail|left|Alan Rikman Brodveyin Con Qolden Teatrı, 11 noyabr 2011 RADA-da təhsilini başa vurduqdan sonra, Britaniya repertuarı üzərində aktiv çalışan Rikman, eksperimental teatr truppası ilə birlikdə Çexovun “Qağayılar” və Snu Uilsonun “Şən dul” pyeslərinin Royal-Kort Teatrında səhnələşdirilməsində iştirak etmiş, üç dəfə Edinburq Beynəlxalq Festivalında iştirak etmişdir. 1978-ci ildə Kort Dram Qrupu ilə “Romeo və Cülyetta” və "Körpüdən görünüş” pyesləri də daxil olmaqla bir neçə əsərin səhnələşdirilməsində iştirak etmişdir. Kral Şekspir Kompaniyasında (RSC) işlədiyi müddətdə o, “Sizə necə xoşdursa” tamaşasında iştirak etmişdir. Həmin dövrdə BBC-nin istehsalı ilə Entoni Trollopun ilk iki Barçester romanlarının ekranlaşdırılmasında iştirak etmişdir. Bunlar “Barçester xronikaları” (1982) və “Möhtərəm Obadiya Slop” əsərləridir.

1985-ci ildə Rikman Kral Şekspir Kompaniyasında Hovard Devisin rejissorluğu ilə hazırlanmış Kristofer Hemptonun “Təhlükəli əlaqələr” () adaptasiyasında əsas kişi rolu olan Vikomt de Valmont obrazını canlandırmışdır. Kral Şekspir Kompaniyası istesalının 1987-ci ildə Brodveyə köçürülməsindən sonra, Rikman bu roluna görə Toni mükafatına və Drama Desk mükafatına namizəd göstərilmişdir.

Alan Rikman Noel Kauardın romantik-komediya tamaşası olan “Şəxsi həyatlar” pyesinin səhnələşdirilməsində rol almışdır. 2002-ci ildə Londonun Alberi Teatrında tamaşanın göstərişi uğurla başa çatdıqdan sonra, o, Brodveyə transfer olunmuşdur. Toni mükafatına layiq görülmüş bu səhnələşdirmədə Rikman “Təhlükəli oyunlar” tamaşasında bir yerdə çalışdıqları rejissor Hovard Devis və aktyor Lindsi Dunkanla yenidən bir araya gəlmişdir. Onun növbəti səhnə performansı “Antoni və Kleopatra” tamaşasında Antoni obrazı olmuşdur. Kral Milli Teatrının Londonun Oliver Teatrında səhnələşdirdiyi bu tamaşa 20 oktyabr-3 dekabr 1998-ci ildə göstərilmişdir. Viktoriya Vudun BBC-də yayımlanmış “Viktoriya Vud bütün haşiyələrlə birlikdə” adlı xüsusi Milad buraxılışında rola alan Rikman Hanisakl Uilksin obrazı ilə əlaqəsini qırmalı olmuş Vaterlo döyüşünün yaşlı polkovnikini canlandırmışdır. 250px|thumbnail|right|Rikman, "Con Qabriel Brukman" tamaşasının premyerasından sonra Bruklin Musiqi Akademiyası qarşısında, 11 yanvar 2011 1995-ci ildə Rikman Londonun Almeida Teatrında “Qış qonağı” pyesinin səhnələşdirilməsində rejissor kimi iştirak etmiş, həmin tamaşa əsasında Rikmanın rejissorluğu ilə çəkilmiş, baş rollarını Emma Tompson və onun həyatda da anası olan Fillida Lavın canlandırdığı film isə 1997-ci ildə çıxarılmışdır. Rikmanın Ketrin Vaynerlə birgə baş rolları bölüşdüyü “Mənim adın Raşel Korridir” tamaşasının açılışı 2005-ci ilin aprelində Royal-Kort Teatrında baş tutmuşdur. Həm də tamaşanın rejissoru olan Rikman Ən Yaxşı Rejissor nominasiyasında Teatra Gələnlərin Seçimi Mükafatına layiq görülmüşdür. Korri ailəsi ilə dostlaşmış Rikman onların etibarını qazanmış və tamaşa 2005-ci ildə Londonda çox yaxşı qəbul edilmişdir. Lakin, növbəti il, tamaşanın Nyu-York premyerası onda “Anti-İsrail agit-prop” görənlərin boykot ehtimalı nəzərə alınaraq təxirə salınmışdır. Rikman bildirmişdi ki, “senzura qorxudan doğur”. Toni Kuşner, Harold Paynter, Vanessa Redqreyv və başqaları tamaşanın təxirə salınmasına etiraz etmişdilər. Növbəti ilə tamaşa başqa bir teatrda səhnələşdirilmiş və bu günə kimi dünyanın müxtəlif teatrlarında səhnələşdirilməkdədir.

2009-cu ildə Rikman Dublin Universitet Kollecinin Ədəbiyyat və Tarix Cəmiyyətinin Ceyms Coy Mükafatına layiq görülmüşdür. 2010-cu ilin oktyabr-noyabr aylarında Rikman Dublinin Abbey Teatrında Lindsi Dunkan və Diona Şou ilə birlikdə Henrik İbsenin “Con Qabriel Brukman” tamaşasında Con obrazını canlandırmışdır. "Irish Independent” qəzeti Rikmanın performansını “nəfəskəsən” adlandırmışdı.

21 noyabr 2011-ci ildə Brodveyin Con Qolden Teatrında Tereza Rebekin eyniadlı pyesi əsasında Alan Rikmanın əsas rolu canlandırdığı “Seminar” tamaşası təqdim edilmişdir. Tamaşanı 1 apreldə tərk etmiş Rikman Sevilən Aktyor nominasiyasında “Broadway.com”-un İzləyicilərin Seçimi Mükafatına layiq görülmüş, həmçinin, Dram Liqası Mükafatına namizəd göstərilmişdir.

Kino 180px|thumbnail|left|Rikman "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filminin Nyu-York premyerasında, iyul, 2011 Rikmanın fəaliyyəti çoxşaxəli olmuşdur. O, “Eşq və Yaşam” (1995) filmində Kolonel Brendon, "Həqiqətən, dəlicəsinə, dərindən" (1991) filmində Ceymi kimi romantik qəhrəman rollarını, "Məğlubedilməz" (1988) filmində alman terrorist Hans Qruber obrazını, "Robin Hud: Oğrular Şahzadəsi" (1991) filmində Nottingem Şerifi kimi müxtəlif böyük büdcəli Hollivud filmlərində mənfi qəhrəmanları canlandırmış, 1996-cı ildə çəkilmiş “Rasputin” filmində canlandırdığı Rasputin obrazına görə Qızıl Qlobus və Emmi mükafatlarını qazanmışdır.