Əməl Kluni (qızlıq soyadı Ələməddin, , ; ) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifi.
Həyatı Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir. Əməl Klunin ana dili ərəb dilidir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır.
Təhsili və fəaliyyəti 2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir. Daha sonra üç il ərzində Nyu-Yorkdakı Sullivan & Cromwell vəkil idarəsində, Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində kontor işçisi kimi çalışmışdır. 2010-cu ildən etibarən Doughty Street Chambers-də vəkildir. Hal-hazırda da orada vəkil idarəsində işləyir. Eyni zamanda Kolumbiya Universitetində, Haaqa Beynəlxalq Hüquq Akademiyasında və London Universitetinin Şərq və Afrika Bilimləri Ali Məktəbində mühazirələr də oxuyur. 2010-cu ildən bəri 10-dan çox elmi məqalə nəşr etdirmişdir. 2011-ci ildən başlayaraq Əməl Kluni bir sıra beynəlxalq məhkəmə prosesində vəkil kimi iştirak etmişdir.
Əməl Kluninin vəkil xidmətlərindən istifadə edənlər sırasında WikiLeaks-in təsisçisi Culian Assanj, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko, Azərbaycandan olan jurnalist Xədicə İsmayıl, Misir əsilli Kanada jurnalisti Məhəmməd Fəhmi və digər tanınmış şəxslər vardır. 2021-ci ilin sentyabrında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) onu Darfurdakı Sudan münaqişəsi üzrə xüsusi müşavir təyin etdi.
Kitabları Livan üçün Xüsusi Tribunal: Hüquq və Təcrübə, D. Tolbert və N. Jurdi ilə birgə redaktə edilmişdir (Oxford University Press, 2014). D. Neuberger ilə "Beynəlxalq Hüquqda Azad Nitq" jurnalının redaktoru (2022) Kluni, Amal; Webb, Philippa (2020). Beynəlxalq hüquqda ədalətli məhkəmə araşdırması hüququ. New York: Oxford University Press. ISBN 978-0-198-80839-8
Məqalələri Əməl Kluni və — "Amal Clooney və Rupert Skilbeck Britaniyanın niyə müharibə cinayətkarlarını hesaba çəkmədiyinə dair" 19 oktyabr 2023. Əməl Kluni (29 iyul 2021). "Avtokratların qalib gəlməsinə imkan verməyin – Bayden media azadlığını bərpa etmək üçün Demokratiya Sammitindən necə istifadə edə bilər" "Filipində demokratiya sınağı" . The Washington Post, 12 iyun 2020 "Nəhayət, İŞİD-i ədalətə çatdırmaq üçün koordinasiyalı səylərimiz var". Huffington Post, 22 sentyabr 2017 "Dünya Prezident Naşidin azad olunmasını tələb etdiyi üçün Maldiv adaları repressiyaya doğru sürüşür". Huffington Post,14 oktyabr 2015 "Əl-Cəzirə jurnalisti Məhəmməd Fəhmini azad etmə vaxtıdır. Huffington Post,2 avqust 2015 "Misir kanadalı jurnalist Məhəmməd Fəhmini evinə göndərməlidir". Huffington Post, 26 fevral 2015
İstinadlar
Xarici keçidlər
Amal Clooney at Doughty Street Chambers
Kateqoriya:Erməni soyqırımını iddia edənlər Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri