Vaşinqton ştatının gerbi () — üzərində Qilbert Styuart tərəfindən çəkilmiş ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun portretinin həkk olunduğu gerbdir. Kənar halqasında "Vaşinqton ştatının gerbi" və ştatın ABŞ-yə qatılma ili olan "1889" sözləri yazılıb. Vaşinqton bayrağının hər iki üzündə Vaşinqton gerbi həkk olunub. Gerb Çarlz Tolkott tərəfindən Qilbert Styuartın rəsmi əsasında dizayn edilmişdir.

Kateqoriya:Vaşinqton ştatı Kateqoriya:Corc Vaşinqton