Yana Alekseyeva (30 oktyabr 1987) — Ukraynanı və Azərbaycanı təmsil edən qadın boksçu.
Karyerası Yana Zavyalova 2005-ci ilin mayında Norveçin Tonsberg şəhərində və 2006-cı ilin sentyabrında Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatlarını beşinci pillələrdə başa vurdu. 2007-ci və 2009-cu illərdə isə Yana Zavyalova Avropa Çempionatlarında bürünc medallara sahib oldu.
Yana Zavyalova 2005-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını beşinci pillədə başa vursa da, 2006-cı ildə Hindistanda baş tutan Dünya Çempionatında birinci görüşdəcə məğlub oldu. 2008-ci ildə Çində baş tutan Dünya Çempionatında Yana Zavyalova növbəti dəfə medalın bir addımlığında mübarizəsini dayandırdı və turniri beşinci pillədə başa vurdu.
2010-cu ildə ana olduqdan sonra Yana Zavyalova bir müddət idmana fasilə verdi. 2011-ci ildə o, Yana Sidor adında beynəlxalq turnirlərdə mübarizə apardı. 2012-ci ildə Yana Sidor Çində baş tutan Dünya Çempionatında uğursuz çıxış etdi.
Yana Sidor 2013-cü ildə Azərbaycan vətəndaşlığını qəbul etdi və beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında Yana Alekseyeva adında mübarizə aparmağa başladı.
Yana Alekseyeva 2014-cü ilin noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış etdi. Yana Alekseyeva 1/32 final mərhələsində Macarıstan nümayəndəsi Vivien Ksombora (3:0), 1/16 final mərhələsində Almaniya təmsilçisi Taşena Bugara (3:0), 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Yuliya Tsiplahovaya (3:0), 1/4 final mərhələsində Avstriya təmsilçisi Şeley Vatsa (3:0), 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Estelle Mosseliya (2:1) qalib gəldi və final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İrlandiya təmsilçisi Keti Teylora məğlub oldu (0:3) və Dünya Çempionatının gümüş medalına sahib oldu.
2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə aparan Yana Alekseyeva, turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Mira Pothoneni 3:0, 1/4 final mərhələsində isə Rusiya təmsilçisi Zinaida Dobrıninanı 3:0 hesabı ilə məğlub eləsə də, 1/2 final mərhələsində İrlandiya nümayəndəsi Keti Teylora məğlub oldu (1:2) və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Yana İvanovna Alekseyeva "Tərəqqi" medalı ilə təltif edildi.
Daha sonra Yana Alekseyeva 2016-cı ilin aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Yana Alekseyeva 1/16 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Çantelle Kameronu (3:0), 1/8 final mərhələsində Türkiyə təmsilçisi Gülsüm Tatarı (3:0), 1/4 final mərhələsində İsveç nümayəndəsi Aqnes Alexussonu (3:0), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Keti Teyloru (3:0), final görüşündə isə İtaliya nümayəndəsi İrma Testanı (2:1) məğlub etdi və olimpiya lisenziyasına sahib oldu.
Yana Alekseyeva 2016-cı ilin mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Yana Alekseyeva 1/16 final mərhələsində Tacikistan nümayəndəsi Mavzuna Çoriyevanı (3:0), 1/8 final mərhələsində isə Yeni Zelandiya təmsilçisi Alexis Pritçardı (2:0) məğlub eləsə də, 1/4 final mərhələsində Fransa təmsilçisi Estele Mosselliyə məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.
Daha sonra Yana Alekseyeva 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Çin nümayəndəsi Yin Yunhuaya məğlub olan (0:3) Yana Alekseyeva olimpiadanı beşinci pillədə başa vurdu.
Yana Alekseyeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Yana Alekseyeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Türkiyə nümayəndəsi Esra Yıldız ilə üz-üzə gəldi və rəqibinə 1:2 hesabı ilə məğlub oldu.
Yana Alekseyevanın bacısı Anna Əlimərdanova da idmançıdır və 2015-ci ildə Birinci Avropa Oyunlarında bürünc medala sahib olub.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Ukrayna12005Avropa Çempionatı Norveç5.2Dünya Çempionatı Rusiya5.32006Avropa Çempionatı Polşa5.4Dünya Çempionatı HindistanPAT52007Avropa Çempionatı Danimarka3.62008Dünya Çempionatı Çin5.72009Avropa Çempionatı Ukrayna3.82012Dünya Çempionatı ÇinPAT Azərbaycan92014Dünya Çempionatı Cənubi Koreya2.102015Avropa Oyunları Azərbaycan3.112016Avropa Olimpiya Təsnifat Turniri Türkiyə1.12Dünya Çempionatı Qazaxıstan5.13Olimpiya Oyunları Braziliya5.14Avropa Çempionatı BolqarıstanPAT
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Boks üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2015 Avropa Oyunlarında boksçular Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Ukraynadan Azərbaycana mühacirət edənlər Kateqoriya:Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Boks üzrə Avropa Oyunları medalçıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər