Diyar-i Bəkr əyaləti tam adı Diyar-i Bəkr bəylərbəyliyi — 1515-ci ildə qurulan Osmanlı dövlətinin ən böyük əyaləti. Əyalətin mərkəzi Diyarbəkir idi. Birbaşa Osmanlı imperiyasına bağlı olaraq idarə edilirdi.
Tarixi Ağqoyunlu Türk imperiyasının mərkəzi Diyarbəkirə Səfəvilər sülaləsi hakim olmuşdur. 23 avqust 1514-cü ildə Çaldıran döyüşündə Osmanlı dövləti, Səfəvi xanədanını məğlub etmişdir. Diyarbəkirin bəylərbəyisi olan Xanməhəmməd bəy Ustaclı, Osmanlı dövləti qüvvətləri ilə savaşarkən ölmüşdür. Buna görə əhali üsyan edərək Osmanlı dövlətinə bağlanmaq istəmişdir. Bu istəklərini Osmanlı dövlətinə bildirmək üçün əhali Mövlana İdris-i Bitlisidən yardım istemişdir. Dönəmin Osmanlı padişahı Yavuz Sultan Səlim durumu ona bildirən Mövlanə İdris-i Bitlisini bu işlə vəzifəlendirmişdir. Buna görə Səfəvilər dövlətinin şahı Şah İsmayıl gərəkli önləmləri aldırmışdır. Ustaclı Xanməhəmməd bəyin qardaşı Qara xanı Urfa hakimi Durmuş bəy ilə birlikdə Diyarbəkiri mühasirə edib geri almaqla vəzifələndirmişdir. Qara xan və Durmuş bəyin qüvvətlərinə Mardin, Hasankeyf və Erganidə olan Səfəvi qüvvətlərinə də qatılmışdır. Beləcə Qara xan Ustaclının qüvvəti 5 min nəfərə çatmışdır. Qara xan Ustaclının qoşunu bir il qədər Diyarbəkiri mühasirə altında tutmuşdur. Diyarbəkir əhalisi Qara xanın ordusuna qarşı savaşmışdır. Bıyıklı Mehmet Paşa komutasındakı Osmanlı ordusu Diyarbəkirə gəlmiş və mühasirəni qaldırmışdır. Qara xan Ustaclının ordusu Mardinə çəkilmişdir. 10 sentyabr 1515-ci il tarixində Osmanlı dövləti ordusu Diyarbəkirə girmişdir. 4 noyabr 1515-ci il tarixində Diyar-i Bəkr əyaləti qurulmuşdur.Türk Sanayicileri ve İşadamları Derneği (Türkçe). Əyalətin Osmanlı tərəfindən ilk bəylərbəyi Bıyıklı Mehmet Paşa olmuşdu.Kentin Tarihi (Türkçe). Diyarbakır İl Kültür ve Turizm Bakanlığı.
1847-ci ildə əyalətdə Bedirhan bəy üsyanı çıxmışdır. Teşkil-i Vilâyet Nizamnâmesi 'nin qəbul edilmesinin ardından 1867-ci ildə Diyar-i Bəkr əyaləti qaldırılmış yerinə Diyarbəkir vilayəti qurulmuşdur.
Sancaqları 1515-1526 arası əyalətin sancaqları Diyarbekir Sancağı, Mardin Sancağı, Sincar Sancağı, Birecik Sancağı, Ruha Sancağı, Siverek Sancağı, Çermik Sancağı, Ergani Sancağı, Harput Sancağı, Arabgir Sancağı, Kiğı Sancağı, Çemişkezek SancağıYılmaz Öztuna "Başlangıcından zamanımıza kadar Büyük Türkiye tarihi" cilt 13, sf. 279, Ötüken Yayınevi (1977). 1526-1560 arası əyalətin sancaqları Diyarbekir Sancağı, Mardin Sancağı, Sincar Sancağı, Ruha Sancağı, Siverek Sancağı, Çermik Sancağı, Ergani Sancağı, Harput Sancağı, Arabgir Sancağı, Kiğı Sancağı, Çemişkezek Sancağı, Musul Sancağı, Hit Sancağı, Deyr Sancağı, Rahbe Sancağı, Ane Sancağı 1560'dən sonra əyalətin sancaqları Diyarbekir Sancağı, Sincar Sancağı, Ruha Sancağı, Siverek Sancağı, Çermik Sancağı, Ergani Sancağı, Harput Sancağı, Arabgir Sancağı, Kiğı Sancağı, Çemişkezek Sancağı, Musul Sancağı, Hit Sancağı, Deyr Sancağı, Rahbe Sancağı, Ane Sancağı
Valilər
Qurulduğu tarixdən cümhuriyətin elanına qədər olan müddət içində valilik edən dövlət adamları bunlardırSon Dönem Osmanlı Erkan ve Ricali (1839 - 1922) Prosopografik Rehber , Sinan Kuneralp, ISIS Press, İstanbul, ISBN 9784281181, 1999:
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə tarixi Kateqoriya:Əyalətlər Kateqoriya:1515-ci ildə yarananlar