Sınma fizikada dalğanın bir mühitdən digər mühitə keçərkən istiqamətinin dəyişməsidir. Bu istiqamət dəyişməsi dalğanın sürətinin dəyişməsi və ya mühitin xüsusiyyətlərinin dəyişməsi nəticəsində baş verə bilər. İşığın sınması ən çox müşahidə olunan hadisədir. Lakin səs dalğaları və su dalğaları kimi digər dalğalar da sınmaya məruz qalır.
Optik prizmalar və linzalar işığı istiqamətləndirmək üçün sınmadan istifadə edir; insan gözü də eyni prinsip əsasında işləyir. Materialların sınma göstəricisi işığın dalğa uzunluğundan asılı olaraq dəyişir. Buna görə də sınma bucağı da uyğun şəkildə dəyişir. Bu hadisə dispersiya adlanır. Dispersiya müəyyən prizmalarda və göy qurşağında yağış damcılarının ağ işığı onun tərkib hissələri olan spektral rənglərə ayırmasına imkan verir.
İstinadlar
Həmçinin bax Sındırma əmsalı
Kateqoriya:Fundamental fiziki anlayışlar Kateqoriya:Optik təzahürlər