() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır.

Təsnifat thumb|280px|Cavan qozbel balina Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir.Clapham P. J., Mead J. G. 1999. Megaptera novaeangliae . Mammalian Species No. 604: 1–9. Published by the American Society of Mammalogists, 5 may 1999. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil.

Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır. 1781-ci ildə Qeorq Borovski tərəfindən cinsin təsviri verilmiş və adı latın dilinə uyğunlaşdıraraq Baleana novaeangliae adlandırdı. 1804-cü ildə fransız ixtioloq Bernar Jermem Leseped qozbel balinanın latın adını Balaenoptera jubartes dəyişərək, Balaenidae fəsiləsindən çıxararaq B. jubartes adı ilə Balaenopteridae fəsiləsinə daxil etmişdir. 1846-cı ildə Con Eduard Qrey Megaptera cinsini yaradır və qozbel balinanı Megaptera longpinna adı ilə bura daxil edir, lakin 1932-ci ildə Reminqton Kelloq yenidən növün adını novaeangliae olaraq dəyişmişdir.Martin, Stephen. The Whales' Journey: a year in the life of a humpback whale, and a century in the history of whaling. — Allen & Unwin, 2002. — 272 pp. Book Review. thumb|280px|Balinakimilərə daxil növlərin insana olan nisbəti: Ümumişlək adını suya daxil olarkən bellərini əydikləri üçün verilmişdir. Cinsin adı (Megaptera) yunan sözləri olan "nəhəng" və "qanad" (qanad ismi kobud, ensiz və uzun üzgəcinə görə verilmişdir) sözlərinin birləşməsindən əmələ gəlmişdir və onların geniş ön üzgəcləri nəzərdə tutulmuşdur. Növ adı isə tərcümədə "Yeni İngiltərəli" mənasını verir. Onlar Yeni İngiltərə sahillərində müntəzəm izlənildiyi üçün Brisson tərəfindən bu şəkildə adlandırıldığı güman olunur. Bu canlıları ilk dəfə Con Stuzers anotomik baxımından tədqiq edərək onlar haqqında kitab yazmışdır.Pennington, C. The modernisation of medical teaching at Aberdeen in the nineteenth century. Aberdeen University Press, 1994.

Britaniya Antarktika Sorğu Xidməti tərəfindən 2014-cü ildə həyata keçirilən genetik tədqiqat Şimali Atlantika, Şimali Sakit okean və okeanların cənub hissəsində yayılmış populyasiyaların fərqli olduğunu göstərmişdir. Bəzi bioloqlar onların ayrı-ayrı yarımnöv kimi qəbul edilməli olduğunu bildirirlər. Səbəb kimi isə onların müstəqil inkişaf etmələri göstərilir.

Qozbel balina ilə qohum olan digər heyvanların filogenetik xəritəsi

Xarici görünüş thumb|left|İnsanın Qozbel balınaya olan nisbəti Donqarlar olduqca iri balina növüdür. Yetkin fərdin orta uzunluğu dişilərdə 14,5 m, erkəklərdə isə 13,5 metr təşkil edir (fərdlərin ölçmə əməliyyatları 1949–1962 illərdəChittleborough, R. G. Dynamics of two populations of the humpback whale, Megaptera novaeangliae (Borowski) // Australian Journal of Marine and Freshwater Research. — 1965. — 16:33 — p. 128. Antarktika və Avstraliya sularında aparılmışdır. Müxtəlif rəqəmlər alınmışdı: dişilər 13,9, erkəklər 13 m). Qozbel balinalar arasında uzunluğu 17–18 metr olan fərdlərə belə rast gəlinir. Ancaq bu istisnadır və nadir hallarda müşahidə edilir. Donqarların orta çəkiləri 30 tondur. Qozbel balinalar zolaqlı balinalar arasında ən qalın, balinakimilər arasında isə Göy balinadan sonra ikinci ən qalın dəri altı piy qatına malikdir. thumb|right|Qozbel balinanın quyruq üzgəci Qozbel balina digər zolaqlı balinalardan fərqli olaraq özünə məxsus quruluşu, bədən rəngi, fərqli bel üzgəci və iri ölçülü yan üzgəclərə sahibdirlər. Qozbel balina bəzəkli və geniş önə, sıxılmış yan hissələrə malik olur. Başı dairəviləşmiş formaya malik olaraq yetkin fərdlərdə bədənindən 3,2–3,5 dəfə böyük olur. Əzələli alt çənə qarşıya doğru 10–30 sm uzanır.Leatherwood S., Caldwell D. K., & Winn H. E. Whales, dolphins, and porpoises of the western North Atlantic. A guide to their identification. — 1976. — U. S. Dept. of Commerce, NOAA Technical Report NMFS Circular 396. — 176 pp. Donqarın buraxdığı fontan göbələkvari şəkildə səthə çıxır. Bəzən isə fontan V şəkilli olub, 3 metr hündürlüyə qalxa bilir. thumb|right|Donqar balinaların uzun sinə üzgəcləri Ön üzgəclər olduqca uzundur (Bədənin 28,3–34,1 %),True, F. W. The whalebone whales of the western North Atlantic compared with those occurring in European waters. — Smithsonian Institution Press, Washington, District of Columbia, 1904. — 332 pp. Kitabın elektron versiyası. bu isə bu növün daxil olduğu Megaptera cinsin adına daxil edilmişdir. Üzgəclərin bu cür iri olması onların manevr imkanlarının artırılmasıТомилин А. Г. Звери СССР и прилежащих стран. — Т. IV. Китообразные. — М.: Изд-во АН СССР, 1957. — 717 с. və ya termorequlyasiya ilə izah edilir.Felts, W. J. L. Some functional and structural characteristics of cetacean nippers and flukes // K. S. Norris, ed. Whales, dolphins, and porpoises. — University of California Press, Berkeley, 1966. — Pp. 255–276 (789 pp). Bel üzgəci isə olduqca alçaqdır. Onun hündürlüyü cəmi 30–35 sm-dir. Bu üzgəc canlının arxa nahiyəsinin mərkəzində yerləşir. Quyruq üzgəci olduqca iridir. Dişvari kənar xətlərə sahibdir.

Qozbel balinaların rəngi rəngarəngliyi ilə seçilir. Bu isə hətta ayrı-ayrı fərdlərin müəyyənləşdirilməsinə belə imkan verir. Bel və yan nahiyələri qara, tünd-boz olur. Bəzən isə qəhvəyi ləkələr müşahidə edilir. Ancaq rəngləri digər zolaqlı balinalardan hər zaman tündlüyü ilə seçilir. Sinə və boğaz nahiyələri qaradan tutmuş (ağ ləkələrlə) təmiz ağ rəngdə belə ola bilir. Sinə üzgəcləri üstdən qara ləkəli və ya ağ, aşağıdan isə ağ rəngdə olur. Bəzən isə üzgəcləri ya tam qara ya da ağ rəngdə olan fərdlərə rast gəlinir. Quyruq üzgəci isə üst hissədən qara, altdan isə tünd, ləkəli və ya parlaq ola bilir. Qozbel balinalar arasında albinozlara nadir hallarda rast gəlinir. Balinaların baş nahiyəsindən tənəffüs dəliyinə qədər olan hissədə 3–5 cərgədən ibarət qabarıq uzanır. Bədəninin orta hissəsində bu qabarıqların sayı 5–8 cərgəyə çatır. Böyür nahiyəsində isə hətta 5–15 olur. Buna bənzər 10–15 qabarıq alt çənənin yarısına qədər uzanır. Alt çənənin ön hissəsində formasız quruluşa malik olan diametri 30 sm təşkil edən qabarıq mövcuddur. Bu qabarıqlar saç follikulinin dəyişilmiş formasıdır. Adətən hər birində bir saç bitir.

Hər bir qozbel balinanın özünə məxsus rənginin olmasını nəzərə alaraq, onların fərqləndirilməsi üçün əsasən balinanın quyruq üzgəcinin alt nahiyəsinin şəkli istifadə edilir. O açıq şəkildə balinanın vertikal şəkildə suyun dibinə dalarkən müşahidə edilir.Kaufman G., Smultea M. A. and Forestell P. Use of lateral body pigmentation patterns for photo ID of east Australian (Area V) humpback whales // Cetus. — 1987. — V. 7 (1). — Pp. 5–13. Özünəməxsusluğu aydınlaşdırmağın digər yolu qabarıqların ölçüsü və onların yerləşmə xüsusiyyətləridir. thumb|left|Qozbel balinanın kəllə hissəsi Kəlləsi enlidir. Onların kəllə quruluşu Balaenopteridae fəsiləsinə daxil olan digər növlərdən fərqlənir. Kəllənin əng nahiyyəsinin eni digər nahiyələrə nisbətdə daha enlidir. Fəqərə sayı: boyun 7, sinə 14, kəmər 10–11, quyruq 21 (ümumi 52–53).

Kariotip: 44 Xromosom (2n).

Qozbel balinalar məməlilər arasında ilk dəfə fərdlərin genetik indeksləşdirilməsi həyata keçirilmiş canlılardır. Nümumələrin toplanması şimali atlantika populyasiyası arasında 1988–1995-ci illər ərzində həyata keçirilmişdir.Palsboll P. J., Allen J., Berube M., Clapham P. J., Feddersen T. P., Hammond P. S., Hudson R. R., Jorgensen H., Katona S., Larsen T. H., Larsen F., Lien J., Mattila D. K., Sigurjonsson J., Sears R., Smith T., Sponer R., Stevidk P., & Olen N. Genetic Tagging of Humpback Whales // Nature. — 1997. — V. 388. — Pp. 767–769. Qozbel balinaların bığları kül-qara rəngdə olur. Öndə yerləşən bığcıqlar bəzən daha parlaq və ya tamamən ağ rəngdə ola bilir. Üst çənənin hər hissəsində 270–400 arası plastin mövcuddur. Onların hər birinin uzunluğu 100 sm olur (adətən 85 sm təşkil edir). Onlar il ərzində 8–11 sm uzana bilir. Ağız boşluğunun üst damağ hissəsində iki cığır vardır. center|450px1: Alt çənə 2: Baş və üst çənə 3: Sinə və ya yan üzgəc 4: Quyruq üzgəci 5: Bel üzgəci 6: Bel nahiyəsi

Yayılması və miqrasiyası thumb|280px|Avstraliya sahilləri. Donqar — kosmopolit növ olaraq bütün dünya okeanında yayılmışdır. Üstəlik, onlar tropik enliklərdən tutmuş yüksək enliklərə qədər (Arktika və Antarktikanın buzlaqları istisnadır.) müşahidə edilir. Şimal Buzlu okeanın 65° ş. enliklərinə qədər (digər məlumata görə isə 75° ş. e.) müşahidə edilir. Onlara Rusiya Federasiyasının ərazisinə daxil olan Kara dənizi sularından Şərqi Sibir dənizi sularına qədər olan ərazidə müşahidə edilmir.Rusiyanın nadir və nəsli kəsilmək üzrə olan canlıları: Donqar və ya qozbel balina (Megaptera novaeangliae). Tarixən donqarları Aralıq və Baltik dənizlərində görmək mümkün idi. Onlar hətta Fin körfəzinə qədər hərəkət edirdilər. Bir qayda olaraq yalnız miqrasiya zamanı sahil və şelf sularında müşahidə edilirlər. Şimal donqarları cənub donqarlarına nisbətdə miqrasiya zamanı daha güclü olurlar. Səbəb isə onların sahil axınları ilə üzmələridir. Qozbel balinaların dəstələrinin köçü qidanın əlçatarlığından asılı olaraq lokal xarakter daşıyır. Onlar ilin isti aylarında qidalanmaq məqsədi ilə mülayim və soyuq sulara istiqamətlənirlər. Qışda isə isə əkdinə onlar tropik və subtropik sulara miqrasiya edirlər. Qış miqrasiyası çütləşmə ilə əlaqəli olduğundan əsasən isti enliklərin ada və rif ətrafı ərazilərinə təşkil edilir. Araşdırmalar göstərmişdir ki, qozbel balinalar qışlamanı əsasən 21,1–28,3 °C temperaturlarda keçirirlər. Bu fərqlilik isə coğrafi enliklərfən asılı olaraq dəyişir.Rasmussen K., Palacios D. M., Calambokidis J., Saborío M. T., Dalla Rosa L., Secchi E. R., Steiger G. H., Allen J. M., & Stone G. S. Southern Hemisphere humpback whales wintering off Central America: insights from water temperature into the longest mammalian migration // Biology Letters. — June 07, 2007. — V. 3. — № 3. — Pp. 302–305. İstisnalarda mövcuddur belə ki, Ərəbistan dənizində yaşayan balinalar daim tropik enliklərdə yaşayırlar. Qozbel balinaların ən kiçik miqrasiya müddəti 1–2 ay çəkir. Tarixdə qeydə alınmış ən qısa miqrasiya 39 gün çəkmişdir (Alyaskanın cənub-şərqindən Havay adalarına qədər).Darling J. D., Calambokidis J., Balcomb K. C., Bloedel P., Flynn K., Mochizuki A., Mori K., Sato E., Suganuma H. & Yamaguchi M. Movement of a humpback whale (Megaptera novaeangliae) from Japan to British Columbia and return // Marine Mammal Science. — 1996. — V. 12. — Pp. 281–287. Onların adi miqrasiya məsafəsi 8000 km təşkil edir ki, bu da ən uzun məsafəyə miqrasiya edən məməlidir 7 başdan ibarən qrupun (Dişi və balalarda daxil) müşahidəsi onu göstərmişdir ki, onlar qışı Kosta-Rikanın Sakit okean sahillərində qışladıqdan sonra (11° ş. e.), Antarktida sularına istiqamətlənirlər. Onların bu köçü 8300 km məsafəni əhatə edir. Maraqlıdır ki, Kosta-Rikanın Sakit okean sahilləri şimal populyasiyasının qışlama ərazisidir. Digər ərazilərdə isə şimal və cənub populyasiyalarının miqrasiya əraziləri heç zaman kəsişmir.