Arktiçeski İnstitut adaları — Kara dənizində yerləşən 4 adadan ibarət аrxipelaq. Taymır yarımadasından 140 km qərbdə yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Şimaldan cənuba 45 km, maksimal eni 18 km-dir. Ərazisi əsasən təpəli düzənlikdən ibarətdir. Ən hündür nöqtəsi 25 metrdir (Kusiy Nos). Burada uzunluğu 2 km olan 13 arx vardır. Onlardan birinin uzunluğu 4 km-dir. 9 gölün diametri 250 metri keçir. Ərazisi əsasən Arktik Tundra ərazisinə daxildir. Adalar 1932—33 illərdə sovet ekspedisiyası zananı kəşf edilmişdir. Arktik Elmi-Tədqiqat İnstitutunun şərəfinə adlandırılmışdır.

Mənbə Polarpost.ru

Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq