Avdıbəy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Rayon mərkəzindən 20 km məsafədə yerləşir.

Toponimi Yerli tələffüz forması Əvdibəy. Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.V.1939-cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur.

Tarixi 1939-cu ildə kənd ermənicə Tsaxkaşen, 1967-ci ildə Tsaxkabert adlandırılmışdır. Toponimin iki cür izahı verilə bilər. Kəndin adı Avdibəy şəxs adındandır. Kəndin adı Avdi şəxs adından və qədim türkcə bək "təpə" sözündən ibarətdir. Türk dillərindəki bək sözü 1283-cü ilə aid mənbədə Dağlıq Qarabağda Petrosabak (Petros şəxs adından və bək "təpə" sözündən)Геюшев Р.Б. О Хотаванском храме и его надписях. Изв. АН Азерб. ССР. Серия истории, философии и права. 1972, № 3., XIV əsrdənКиракос Гандзакеци. История. Пер с. др. армянского, предисловие и комментарии Л.А.Ханларяна, М., 1976. mə'lum olan Gədəbəy (türk dillərində gədə "qaravul", "gözətçi", "keşikçi" və bək "təpə" sözlərindən), XIX əsrdə Şimali Qafqazda Kazbek, Xurqabək dağıПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата. 1974. oronimlərində, habelə Dağlıq Qarabağda Qoçbək, Ermənistanda Pəmbək dağ adlarında əksini tapmışdır.

Əhalisi XIX əsrin 70-ci illərindən sonra əhalisi qarışıq kəndlərdən idi. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918–1919-cu illərdə azərbaycanlılar qovulmuşdur. Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 40–41.XX əsrin əvvəllərində (1905–1906) onlar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Pəmbək kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri