Polşa Respublikası (),İkinci Reç Pospolita və yaxud İkinci Polşa Respublikası () — Polşa dövləti adı ilə də tanınan bu dövlət birinci və ikinci dünya müharibələri arasındakı dövrdə (interbellum dövründə) öz siyasi varlığını qorumuşdur. Polşa Respublikası, həmçinin İkinci Reç Pospolita və ya İkinci Polşa Respublikası kimi tanınan, 1918-ci ilin noyabrında bərpa edilmiş və 1939-cu ilin oktyabrına qədər mövcud olmuş Polşa dövlətidir. Həmin vaxt Polşa Almaniya tərəfindən, ərazisinin daha kiçik bir hissəsi isə SSRİ tərəfindən işğal edilmişdi. Bu ad XVIII əsrin sonlarında Rusiya imperiyası, Prussiya krallığı və Habsburq monarxiyası arasında bölüşdürülərək ləğv edilmiş Reç Pospolita (1569–1795) ilə tarixi bağlılığı vurğulayır. 1926-cı ildən etibarən tarixşünaslıqda bu dövlət Sanasiya Polşası adı ilə də tanınır. Bu ad hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş və Yuzef Pilsudski tərəfindən rəhbərlik edilən “Sanasiya” hərəkatının şərəfinə verilmişdir.

Polşa Respublikasının dövlət dili polyak dili idi. Ölkənin pul vahidi əvvəlcə polşa markası, 1924-cü ildən etibarən isə zlotı olmuşdur.

Polşa Respublikası qərbdə və şimalda Almaniyanın Veymar Respublikası və Üçüncü Reyx ilə, cənubda Çexoslovakiya və Rumıniya ilə, şimal-şərqdə isə Latviya və Litva ilə həmsərhəd idi. Şərqdəki sərhəd isə dövlətin elan edilməsindən sonrakı ilk illərdə baş vermiş Polşa-Litva müharibəsi və Sovet-Polşa müharibəsi nəticəsində müəyyən edilmişdi. Həmin dövrdə ölkəyə Yuzef Pilsudski rəhbərlik edirdi.

1926-cı ildə Pilsudskinin rəhbərliyi ilə May çevrilişi baş verdi. Bunun nəticəsində onun rəhbərlik etdiyi, Sanasiya adı ilə tanınan və formal olaraq Hökumətlə Əməkdaşlıq üçün Partiyasız Blok şəklində təşkilatlanmış siyasi hərəkat hakimiyyətə gəldi. 1926–1930-cu illərdə Pilsudski ölkəni faktiki olaraq “idarə olunan demokratiya” rejimi altında idarə edirdi. 1930-cu ildən etibarən demokratik institutların birbaşa güc tətbiq etməklə sıxışdırılması başlandı və ölkə Pilsudskinin diktaturasına keçdihttps://books.google.com/books?id=0RuDCgAAQBAJ&pg=PA263. Onun 1935-ci ildə ölümündən sonra ölkəyə və Sanasiya rejiminə onun varislərindən ibarət olan, “Polkovniklər” kimi tanınan qrup rəhbərlik etməyə başladı. Bu qrup hakim partiya kimi Milli Birləşmə Düşərgəsini yaratdı.

Sanasiya rejimi, xüsusilə də Pilsudskinin ölümündən sonrakı dövrdə, sağçı millətçi qüvvələrin üstünlüyü və güclənməsi, milli azlıqlara (ilk növbədə ukraynalılara, sonralar isə yəhudilərə) qarşı ayrı-seçkilik, həmçinin kifayət qədər aqressiv xarici siyasət ilə xarakterizə olunurduhttps://www.google.com/books/edition/Stepan_Bandera/6OXJCQAAQBAJ?&pg=PA62https://www.google.com/books/edition/The_Global_Impact_of_the_March_on_Rome/shvJEQAAQBAJ?&pg=PT258 и достаточно агрессивная внешняя политикаM. B. Biskupski The History of Poland. . 2000. p. 91.

1939-cu il sentyabrın 1-də Üçüncü Reyx Polşaya hücum etdi. Buna cavab olaraq Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdilər ki, bu da İkinci Dünya Müharibəsinin başlanğıcı oldu. Nasist Almaniyasının ardınca 1939-cu il sentyabrın 17-də Sovet Sosialist Respublikaları İttifaqı da Polşaya qarşı hərbi əməliyyatlara qoşuldu. Bu addım Avropada təsir dairələrinin bölüşdürülməsini nəzərdə tutan Molotov-Ribbentrop paktı ilə əlaqələndirilirdi. Sayca az olan Polşa hərbi hissələrinin zəif müqavimətini dəf edən Qırmızı Ordu qərb istiqamətində sürətlə irəliləyərək Almaniyanın Vermaxt bölmələri ilə birləşməyə doğru hərəkət etdi.

18 sentyabr gecəsi Polşa Respublikasının rəhbərliyi həlak olmaqdan və əsir düşməkdən yayınmaq məqsədilə Rumıniya sərhədini keçdi və Almaniyanın tələbi ilə Rumıniya hakimiyyəti tərəfindən internasiya edildi. Daha sonra Polşa mühacir hökuməti yaradıldı. 1939-cu il oktyabrın 6-na qədər Polşa müqavimətinin son ocaqları da yatırıldı və Polşa Respublikası siyasi qurum kimi mövcudluğunu dayandırdı. Dövlət ərazisinin qərb hissəsi (daha böyük hissə) Üçüncü Reyx tərəfindən işğal edildi. İşğal olunmuş Polşa torpaqlarında nasistlər Almaniyanın tərkibində olan General-Qubernatorluq adlı mülki idarəetmə sistemi yaratdılar. Şərqdəki daha kiçik ərazi hissəsi isə SSRİ və Litva tərəfindən anneksiya edildi. SSRİ şərqi Polşa torpaqlarını Ukrayna SSR və Belarus SSR tərkibinə daxil etdi. İosif Stalin ilə əldə edilmiş razılaşmaya əsasən Vilen diyarı Litvaya verildi.

Müharibə dövründə mühacir hökuməti Polşadakı müqavimət hərəkatına rəhbərlik etdi. Bu müqavimət Krayova Ordusu və Polşa Yeraltı Dövləti formasında təşkil olunmuşdu. 1944-cü ildə Qırmızı Ordunun nasist işğalından azad etdiyi ərazilərdə SSRİ və polyak kommunistləri (stalinçilər) tərəfindən mühacir hökumətə alternativ olaraq yeni dövlət yaradıldı. Bu dövlət əvvəlcə yenidən Polşa Respublikası adlandırıldı, daha sonra isə Polşa Xalq Respublikası adını aldı və SSRİ-nin peyk dövlətlərindən birinə çevrildi. Ölkənin qərb sərhədi İosif Stalin tərəfindən Odra və Lujiçka çayı boyunca müəyyən edildi. SSRİ həmçinin Belostok bölgəsini Polşa Xalq Respublikasına verdi. 1989-cu ildə liberal-demokratik etirazlar və siyasi islahatlar nəticəsində Polşa Xalq Respublikası fəaliyyətini dayandırdı və Üçüncü Reç Pospolita yaradıldı. İstinadlar

Kateqoriya:1918-ci ildə yarananlar Kateqoriya:1939-cu ildə ləğv olunanlar Kateqoriya:Polşa Respublikası (1918-1939) Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Tarixi respublikalar Kateqoriya:Demokratikləşmə Kateqoriya:XX əsrdə Polşa Kateqoriya:1930-cu illərdə Polşa Kateqoriya:Hərbi diktaturalar Kateqoriya:Polşa–Ukrayna münasibətləri Kateqoriya:Polşanın siyasi tarixi Kateqoriya:XX əsrdə Belarus Kateqoriya:XX əsrdə Litva