Məhərrəm Məmməd oğlu Məhərrəmov (; ) — Qazaxıstan Respublikası Məclisinin deputatı..
Həyatı Məhərrəmov Məhərrəm Məmməd oğlu 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpık bi qəsəbəsində anadan olub. Babaları 1937-ci ildə Stalin repressiyaları nəticəsində Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən Qazaxıstana sürgün olunublar.1989–1991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində hərbi xidmətdə olub. 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçilib. 2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 2004, 2007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb. O, həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir. M. Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi martın 20-də keçirilən seçkilərdə 7 faizlik səddi aşaraq partiya siyahısı əsasında uğur qazanaraq Qazaxıstanın Parlament Məclisinin deputatı seçilib.
Ailəsi Ailəlidir bir qızı iki oğlu var.
Mükafatları 2016-cı ildə Məhərrəm Məhərrəmov Prezident Nursultan Nazarbayevin fərmanı ilə təltif edilib. O, "Əmək fəaliyyətində fərqlənməyə" görə medalı və "Qazaxıstan Respublikasının 25 illiyi" ilə bağlı yubiley medalı ilə təltif olunub.
İstinadlar
Kateqoriya:Qazaxıstan siyasətçiləri Kateqoriya:Qazaxıstan deputatları Kateqoriya:Qazaxıstan azərbaycanlıları