Dolqiy — uzunsov və ensiz ada Peçora dənizində, Barens dənizinin cənub-şərqində yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsi ərazisinə daxildir. 38 km uzunluğa, 4 km enə malikdir. Materikdən 12 km aralıda yerləşir. Relyefi düzəndir. Ərazisində tundra hakimdir. Yaxınlığında Matveev, Qoles və Bolşoy Zelenes adaları yerləşir. Ada Nenes Dövlət təbiət qoruğu ərazisinə daxildir. Burada Neneslərə aid müqəddəs məkanlar vardır.

Mənbə Dolqiy adası

İstinadlar

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Peçora dənizi adaları Kateqoriya:Nenets Muxtar Dairəsi adaları Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları