Lorent Amir Xlifa Xedider Haddad (; ) və ya sadəcə Amir Haddad () — yəhudi əsilli Fransa müğənnisi. O, 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir. 2011-ci ildə ifaçının Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Həmin ildə eyni zamanda Amir Fransanın The Voice səs yarışmasında iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. O, "J'ai cherché" mahnısı ilə Fransanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı Haddad 20 iyun 1984-cü ildə Fransanın paytaxtı Paris şəhərində Tunis və Mərakeşdən olan Səfərad yəhudiləri ailəsində dünyaya göz açmışdır. O, bir neçə il Fransanın Sarsel şəhərində yaşamış və 1992-ci ildə səkkiz yaşında ikən İsrailin Herzliya şəhərinə köçmüşdür. O, uşaq yaşlarından musiqi ilə maraqlanmış və hətta sinaqoqlarda çıxış etmişdir.
Amir 50% eşitmə itkisi ilə dünya gəlib və yalnız sol qulağı eşidir.
Musiqi karyerası
2006–2013: Kokhav Nolad yarışması və ilk albomu Amir Haddad 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasındakı iştirakı nəticəsində şöhrət qazanmışdır. Yarışmada əsasən fransızca mahnılar ifa edən Haddad yarışmanın ilk dörd mərhələsini uğurla adlaya bilmiş və növbəti mərhələdə məğlubiyyətlə üzləşmişdir.
Amir fransız müğənni Patrik Brüelin ifa etdiyi "J'te l'dis quand même" mahnısını ivritcə ("Kache limtso milim") versiyasını hazırlayaraq, ifa etmişdir. Mahnıya eyni zamanda videoklipdə çəkdirilmişdir. Amirin ifasını bəyənən Brüel daha sonra ifaçını Parisə dəvət etmiş və Brüelin dəstəyi ilə Haddad 2008-ci ildə Parisdə konsert proqramında böyük kütlə qarşısında çıxış etmişdir. İsraildə hərbi xidmətini başa vurduqdan sonra Haddad Yerusəlim Yəhudi Universitetində stomatologiya üzrə təhsilini davam etmiş və 2012-ci ildə orada təhsilini bitirmişdir.
2011-ci ildə tələbəlik illərində Amirin Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Albomda eyni zamanda onun artıq məşhurluq qazanan "Kache limtso milim" mahnısı da yer almışdır.
2014–2015: The Voice yarışması 2014-cü ildə Amir Haddad Fransanın The Voice səs yarışmasında iştirak etmişdir. O, dinləmələrdə Elton Conun "Candle in the Wind" mahnısı ilə çıxış etmiş və növbəti mərhələyə vəsiqə qazanmışdır. Yarışma boyunca göstərdiyi yüksəksəviyyəli ifalar sayəsində Amir final mərhələsinədək yüksələ bilmişdir. Finalda isə Amir üçüncü yerə layiq görülmüşdür.
Amir daha sonra yarışmanın iştirakçıları ilə birlikdə tur çərçivəsində Fransanın müxtəlif şəhərlərində keçirilən konsert proqramlarında çıxış etmişdir. O, eyni zamanda yarışmanın dinləmələrində ifa etdiyi "Candle in the Wind" mahnısına klip də çəkdirmişdir. 2015-ci ildə Amirin yeni sinqlı olan "Oasis" Fransa hit paradlarında yer almışdır.
2016–2017: Avroviziya və Au cœur de moi albomu right|thumb|350 px|Amir Haddad Avroviziya 2016 səhnəsində 29 fevral 2016-cı il tarixdə Fransanın France 2 telekanalı Amir Haddadın "J'ai cherché" mahnısı ilə Fransanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir.. Amirin müsabiqə üçün təqdim etdiyi mahnı Fransa telekanalı tərəfindən ümumilikdə 280 mahnı içindən seçilmişdir. Yarı fransız, yarı isə ingilis dilində səslənən "J'ai cherché" Amirin özü və eyni zamanda Nazim Xaled və Yohan Errami tərəfindən bəstələnmişdir. Fransanın "Böyük Beşlik" ölkələrindən biri olması səbəbi ilə Amir birbaşa olaraq müsabiqənin final mərhələsindən mübarizəyə qoşulmuşdur. Finalda 11-ci səhnə alan ifaçı müsabiqədə 257 xalla 6-cı yeri qazanmışdır. Bu Fransanın Avroviziyada 2002-ci ildən bəri əldə etdiyi ən yüksək nəticə olmuşdur.
Avroviziya ərəfəsində Amirin Au cœur de moi adlı ikinci studiya albomu işıq üzü görmüşdür. Au cœur de moi Fransa albom siyahılarında altıncı yerədək yüksələ bilmiş və eyni zamanda Belçika və İsveçrədə də uğur qazana bilmişdir. Albomun üçüncü sinqlı "On dirait" 2016-cı ilin avqust ayında təqdim olunmuş və mahnı Fransa hit paradlarında top 15-də yer almışdır. Mahnı sayəsində Amir Nim şəhərində keçirilən mükafatlandırma mərasimində xüsusi mükafata layiq görülmüşdür. Albomun dördüncü sinqlı "Au cœur de moi" 2017-ci ilin fevral ayında təqdim olunmuşdur.
2017-hal-hazırda: Addictions albomu 2017-ci ildə Amerikan pop rok qrupu olan OneRepublic "No Vacancy" mahnısının fransız versiyasının hazırlanmasında Amir Haddad ilə birlikdə əməkdaşlıq etmişdir. Həmin ilin avqust ayında Amirin üçüncü studiya albomunun əsas mahnısı "États d'Amour" təqdim olunmuşdur. Addictions adlı albom oktyabr ayında işıq üzü görmüşdür.
Şəxsi heyəti 2014-cü ilin iyul ayında Amir uzun müddətdir ki, tanıdığı İsraildən olan Lital ilə ailə həyatı qurmuşdur.Voici: Amir (The Voice 3) a épousé Lital, sa compagne de longue date — Un mariage de rêve
Diskoqrafiya
Albomlar Albom adı İl Vayehi 2011 Au cœur de moi 2016 Addictions 2017
Sinqllar Mahnı adı İl "Oasis" 2015 "J'ai cherché" 2016 "On dirait" "Au cœur de moi" 2017 "États d'Amour" "Tout passe"
Mükafatlar və nominasiyalar İl Mükafat Kateqoriya Nəticə 2016 NRJ Music Awards İlin fransızdilli nailiyyəti rowspan="3" data-sort-value=#99FF99 İlin fransızdilli mahnısı ("J'ai cherché") MTV Europe Music Awards Ən yaxşı fransız sənətçi 2017 NRJ Music Awards Fransızdilli duet/İlin qrupu (OneRepublic ilə) Namizəd İlin fransızdilli mahnısı ("On dirait") rowspan="2" data-sort-value=#99FF99 MTV Europe Music Awards Ən yaxşı fransız sənətçi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa müğənniləri Kateqoriya:İsrail müğənniləri Kateqoriya:Fransa musiqiçiləri Kateqoriya:Mərakeş yəhudiləri Kateqoriya:Fransanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Yəhudi mənşəli fransızlar