thumb|300px|Mağaranın üzərində yerləşən landşaft Optimistiçeskaya — Ukraynanın Ternopil vilayətinin Korolyovka kəndi ərazisində yerləşən karst mənşəli mağara. Əhəng daşından təşkil olunmuş dünyanın ən uzun mağarasıdır. Onun ümumi uzunluğu 230,5 km-dir. Mağara hələ də sonuna qədər keçilməmişdir. Mağaranın adı onu tədqiq etmiş ekspertlərin optimist mövqeyi ilə əlaqədardır.

Xüsusiyyəti Mağara 1966-cı ildə aşkarlanmışdır. Bu günə olan məlumata görə mağaranın uzunluğu 232 km-dir. Mağaranın sahəsi 2 km² təşkil edir. 20 metr dərinliyə enir. Daxili hissəsi gillidir. Mağaranın daxilində stalaksitlərə rast gəlinir.

Açılış tarixi Bölgədə zəngin mağaralar olması hələ 1965-ci ildən məlum idi. Ekspertlər böyük səy göstərmələrinə baxmayaraq, mağaranın daxilinə irəliləyə bilmirlər. Növbəti il, 8 may 1966 ildə Aleksey Solyar və Miron Savçin mağaranın daxilində yerləşən gilli sahəni keçərək daxilə irəliləyə bilirlər. Onlar həmin il mağaranın 400 metr içərisinə keçə bilirlər. Əvvəllər mağaranın uzunluğunun 3 km olduğu düşünülürdü. Sonradan onun uzunluğunun 200 km-dən çox olması aşkarlandı. Sovet İttifaqının ən uzun mağarası olmuşdur.

Bundan sonra 200 ekspedisiya təşkil edilmişdir. Üstəlik digər dövlətlərin ekspertləri də bu ekpedisiyalarda iştirak etmişlər: Bolqarıstan, Polşa və Rusiya.

Araşdırmalar göstərdi ki, mağaranın davamı vardır. 2008 ildə mağaranın davamı gedilmiş və yeni məntəqələr aşkarlanmışdır. Burada təmiz sudan ibarət olan rezervuar vardır.

Rekordları Bu mağara dünyanın gipsdən ibarət olan ən böyük mağarasıdır. Uzunluğuna görə isə dünyanın ikinci ən uzun mağarasıdır. Burada aşkarlanan Heliktitlər təkcə Əhəng daşından ibarət olan mağaralarda deyil gipsdən ibarət olan mağaralarda rast gəldiyini sübut edir.

İstinadlar

Ədəbiyyat Пещера Оптимистическая: к 45-летию Львовского спелеоклуба "Циклоп". — 302 с. — Львов, 2008.

Mənbə Optimistiçeskaya mağarası muzeyi

Kateqoriya:Ukrayna mağaraları Kateqoriya:Gips mağaraları