Hadisələr 18 yanvar - Brandenburq kyrfyuristi I Fridrixin Könisberqdə tacqoyma mərasimini keçirməsi və Prussiyanın kralı olması. 21 yanvar - Rusiyada I Pyotr tərəfindən ilk mühəndis məktəbinin yaradılması haqqında əmr imzalanması. "İspan mülkü" uğrunda müharibənin başlanması. Rusiyaya Arxangelsk yandırmaq və qarət etmək üçün gələn İsveç hərbi gəmilərinın darmadağın edilməsi. 23 iyun — Rusiyada Hərbi İşlər Prikazının təsis edilməsi. 9 iyul - İspan irsi uğrunda müharibənin (1701-1714) gedişində Şimali İtaliyada fransız və Avstriya qoşunları arasında Karpi ətrafında döyüş. 29 dekabr - Şimal müharibəsinin (1700-1721) gedişində feldmarşal B.P.Şeremetyevin başçılıq etdiyi rus qoşunlarının Derpt yaxınlığında Erestfer döyüşündə ilk böyük qələbəsinin qazanılması. Uralda ilk çuqunəritmə zavodlarının (Kamensk və Nevyansk) əsasının qoyulması. Pusiya qoşunları tərəfindən Erestferin (Estlandiya) tutulması. Karlın Riqaya və cənuba doğru yürüşü. Saksaniya ordusunun məğlubiyyəti. I Fridrixin Avstriyanı müdafiə etməyi vəd etməklə imperatordan kral titulu almağa nail olması. Prussiya hersoqluğunun krallığa çevrilməsi. I Pyotr tərəfindən Moskvada gəmiçilik məktəbinin açılması.

Doğumlar 1 mart - İohann Yakob Braytinger - İsveçrə filoloqu və müəllifi. 9 aprel - Andreas Elias fon Buxner - alman həkim. 29 aprel -Kristian Lüdviq Liskov - alman satiriki. 7 may - Karl Henrix Qraun - alman bəstəkarı və müğənnisi. 27 noyabr - İsveç astronomu, riyaziyyatçısı və fiziki Anders Tselski - İsveç astronomu , riyaziyyatçısı və fiziki. Əmətullah Sultan

Ölümlər Molla Rəcəbəli Təbrizi 10 mart - Alman bəstəkarı İohann Şelle 5 sentyabr — İngiltərə kralı II Yakob Mezomorto Hüseyn Paşa