Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; ) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı"Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.86..

Həyatı Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub.Fərəcov, S. Aşıq Bəsti: "Həyanım yollardı, bir də ki, sazım" //Ozan dünyası.- 2014.-№ 1.- S.60–62.

Yaradıcılığı Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir.

Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir. Rəvayətə görə ağlamaqdan gözləri tutulan aşığa xalq arasında "Kor Bəsti" deyilirmiş.

Basarkeçər, Daşkəsən, Gədəbəy və başqa yerlərdə aşıqlıq edən Bəsti ömrünün sonuna yaxın doğma kəndinə qayıtmış və 1936-cı ildə burda vəfat etmişdir.

Kitabları "Lalə", Bakı, 1969. "Bənövşələr", Gəncə, 2013.

İstinadlar

Mənbə

Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1974,111–118. Əzizə Cəfərzadə. "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik", 1991. (səh.127). "Aşıq qadınların antologiyası" 2010-cu il, "MBM" mətbəəsi,(səh 12–14). Fərəcov, S. "Həyanım yollardı, bir də ki sazım": [Aşıq Bəsti haqqında] //Mədəniyyət.- 2012.- 17 avqust.- S. 15. Vahid, T. Bəstini ölüncə izləyən fələk, Öldür qurtar, ayağına gəlmişəm: Haqq aşığı: [Aşıq Bəsti haqqında] //Mədəniyyət. — 2012.- 16 noyabr.- S. 12.

Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Azərbaycan dilində yazan şairlər