() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Avstraliyada Cənubi Uelsin şərqində və Kvinslenddə bitən bitki.

Botaniki xarakteristikası Hündürliyi 30–36 m-ə qədər və gövdəsinin qalınlığı 1,5 m-ə qədər olan, qonur və ya tünd-qonur qabıqlı, orta ölçülü və ya iri, həmişəyaşıl ağacdır. Yarpaqları neştərvaridir, uzunluğu 5-15 sm və eni 6–18 mm-dir. Mikrostrobilləri xırdadır, spiral şəklində yerləşmiş çoxsaylı xırda mikrosporofillərdən ibarətdir və hərəsində 2 mikrosporangi vardır. Meqastrobil reduksiyaya uğramışdır və toxum qabığı ilə əhatə olunmuş bir toxum rüşeymindən ibarətdir. Bəzən toxum qabığı tamamilə olmur. Mayda iyulda çiçəkləyir. Erkək strobilləri ensiz-silindirik, sırğavari, uzunluğu 3 sm olub, təxminən oturaqdır. Dişi qozaları saplaqlı, tək, azsaylı qabıqlıdır, yarpaq qoltuğunda yerləşir. Meyvələri al-qırmızıdır, göy mum çöküntüsü ilə örtülmüş, ətlidir. Diametri 2-2,5 sm-dir. Hər meyvədə diametri təxminən 1 ədəd oval və ya kürəşəkilli toxum yerləşir, ətli meyvələri yeməlidir. Oduncağından mebel istehsalında istifadə edilir.

Azərbaycanda yayılması Azərbaycanda Abşeronda, Lənkəranda yaşıllıqlarda rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avstraliya florası Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avstraliyanın endemik florası Kateqoriya:Kvinslend florası Kateqoriya:Yeni Cənubi Uels florası