Gəncə tramvayı — Gəncə şəhərində mövcud olmuş tramvay xətti. Gəncədə tramvay ilk dəfə 1933-cü ildə istifadəyə verilmişdir. Tramvay xətti üç maşrutdan ibarət olmuşdur. Reylslər arasında məsafə 1524 mm idi. Tramvay xətti 1976-ci ildə ləğv edilmişdir.

Yaxın gələcəkdə Gəncədə tramvay xəttinin yenidən bərpası aktualdır. 2013-cü ildə fransız NEWTL şirkəti ilə bu məsələdə razılığa gəlinmişdir.

Həmçinin bax Bakı tramvayı Sumqayıt tramvayı

İstinadlar

Mənbə Azərbaycanda tramvay nəqliyyatını bərpa edilir

Kateqoriya:Azərbaycanda tramvay nəqliyyatı Kateqoriya:Gəncədə ictimai nəqliyyat Kateqoriya:Şəhərlərə görə ləğv edilmiş tramvay sistemləri Kateqoriya:1933-cü ildə SSRİ-də yarananlar