İrəvan qalasının işğalı — 1827-ci ildə Rusiya imperiyası ordusunun İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərini ələ keçirməsi. İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi. İrəvan qalasının işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816–1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi.

1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Qacarlarla döyüş itkilərə səbəb oldu. Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827–1831) Benkendorfun öncü birliyini general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz etdi. İrəvan mühasirəsi zamanı quraqlıqdan əziyyət çəkən Krasovski mühasirədən vaz keçməyə məcbur edildi.

Paskeviç Sərdarabad qalasını ələ keçirdikdən sonra tarixində İrəvana hərəkət etdi. Krasovski mühasirə qoşunlarının başçısı təyin edildi. İrəvan qalasına rəhbərliyi xanın qardaşı Həsən xan Qacar edirdi. Üç gün sonra rus ordusu İrəvan ətrafında mühasirə işlərinə başladı. Ruslar şəhəri bombardman edir və şəhər qarnizonu da onlara cavab atəşi açırdı. Təcrübəsiz qarnizon topçuları ruslara ziyan verə bilməsə də rusların bombardmanı qala divarlarının dağılmasına səbəb oldu. Bir həftəlik müqavimətdən sonra şəhər ruslar tərəfindən işğal edildi və İrəvan xanlığı süqut etdi. tarixində Qacarlar dövləti və Rusiya imperiyası arasında imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə görə İrəvan xanlığı, Naxçıvan xanlığı və Talış xanlığının bir hissəsi Rusiya imperiyasının tərkibinə keçdi. İrəvan və Naxçıvan xanlığı, həmçinin Ordubad mahalının ərazisində qurulan Erməni vilayəti İran və daha sonra Osmanlı imperiyasından ermənilərin miqrasiyası üçün cazibə mərkəzi oldu.

Arxa plan

300px|thumb|left|İrəvan şəhərinin görünüşü. Rəssam Q. Sergeviç (1796)

İrəvan xanlığı 1747-ci ildə Əfşarlar İmperiyasının banisi Nadir şahın ölümü və onun imperiyasının zəifləməsi ilə Çuxursəəd bəylərbəyliyinin ərazisinin bir hissəsində formalaşmışdır.Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949. — С. 74 Çuxursəəddən fərqli olaraq İrəvan xanlığında hakimiyyət xan titulu vasitəsilə irsən keçirdi.Ереванское ханство — статья из Большой советской энциклопедии. İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi.

Xanlığın mərkəzi İrəvan qala-şəhəri idi. Bu qala 1582–1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa tərəfindən inşa edilmişdi. Hündürlüyü 40–50 metr olan qalanın divarı Zəngiçay tərəfdən mağzallar, cənub, şərq və şimal tərəfdən xəndəklərlə əhatə edilmişdi. "Təbriz", "Meydan" və "Körpü" adlı üç dəmir qapısı var idi. Qalanın içərisində Çuxursəəd bəylərbəyilərinin və İrəvan xanlarının yaşadığı Sərdar sarayı yerləşirdi. Burada xanın ailəsi üçün hərəmxana da var idi. İrəvan qalasından sonra xanlıqdakı ikinci ən böyük qala Sərdarabad qalası idi. Sərdarabad sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar tərəfindən 1810–1815-ci illərdə inşa edilmişdi. Arazın sol sahilində yerləşən bu qala xəndəklərlə əhatə edilmişdi. Qalanın içərisində Xan sarayı yerləşirdi. Həsən xan Qacar (xanın qardaşı) və nəvəsi Fətəli xan bu qalaya rəhbərlik edirdi.

İrəvan hələ Birinci Rusiya-İran müharibəsi dövründə iki dəfə hücuma məruz qalmışdı. Bunların birincisi 1804-cü ildə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Pavel Sisianovun (1802–1806) komandanlığı ilə edilən hücum idi. 10 min əsgər və 20 topa sahib ordu ilə qarşılaşan İrəvan xanlığı həmin dövrdə nominal olaraq müstəqil idi və Qacar ordusu tərəfindən hədələnirdi. Qacar şahı Fətəlinin vəliəhdi Abbas Mirzənin 30 min əsgər və 6 topa sahib ordusu ruslar tərəfindən məğlub edilsə də, İrəvanın müqaviməti davam etdi. İrəvan xanı Məhəmməd xan Qacar qalanın qapısını nə ruslara, nə Qacarlara açmaq istəmirdi. Yağmurlu keçən payız daşınmanı çətinləşdirdiyi üçün Rusiya ordusu geri çəkildi. Daha sonra İrəvan öz qapılarını Qacarlara açdı. Məhəmməd xan dərhal Tehrana göndərildi. İrəvana edilən ikinci hücuma rəhbərliyi Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Qudoviç (1806–1809) edirdi. 1808-ci ildə baş verən hücum ilə eyni vaxtda 3000 nəfərlik rus ordusu Naxçıvanı tutdu. İrəvanın qarnizonu sayca çox idi və qida ilə yaxşı təmin edilmişdi, ancaq köhnə türk silahları xidmətə yararsız vəziyyətdə idi. Rusların gecə yürüşü və qala divarını zədələmə cəhdləri uğursuz oldu. Axırda həm İrəvanı mühasirə edən, həm Naxçıvanı işğal edən hərbi birləşmələr geri çəkildi. Gümrüyə qayıda bilən əsgərlərin sayı 5000-dən çox deyildi.

İkinci Rusiya-İran müharibəsi dövründə İrəvan qalasının işğalı ruslar üçün çox vacib idi. Qalanın işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816–1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi. Axırda isə planın icrası qida və daşınma problemlərinə görə mümkünsüz hesab edildi.

İkinci Rusiya-İran müharibəsi dövründə İrəvan xanı olan Hüseynqulu Qacarların Qovanlı oymağına mənsub idi. Fətəli şah onun bacısı ilə evlənmiş və öz qızını da Hüseynqulu xanın oğlu Məhəmmədqulu ilə evləndirmişdi. Hüseynqulu xanın sikkə zərb etdirmək və dövlət gəlirinin çox hissəsini müdafiə məqsədləri üçün saxlamaq hüququ var idi. Erməni və rusdilli mənbələr onu mehriban, düzgün, alicənab, vicdanlı, ədalətli olaraq təsvir edirlər.

İrəvan qalasının birinci mühasirəsi

1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Bunun üçün üç topla kazakların iki polkunu və bir yüngül piyada batalyonunu ayırdı. Çayı keçən əsgərlər qarşı sahildə qacarların hücumuna məruz qaldı. Kuban kazakları cəsarətlə onlara qarşı mübarizə aparakən, Don kazakları onlara kömək etmədi. 300 rus əsgər öldü, qalanlar piyada və topların köməkliyi ilə geri çəkildi.

Mart ayında Tiflisdən hərəkətə keçmiş Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827–1831) iyunda Benkendorfun öncü birliyi ilə birləşdi. Benkendorfun öncü birliyini aclıq və xəstəlik yormuşdu və Qacarların düşərgəsinə edilən süvari hücumu itkilərə səbəb olmuşdu. Ona görə də bu birlik general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz edildi. Əsgərlərin digər hissəsi isə Qərniçay yaxınlığında yerləşdirildi.

Bundan sonra Paskeviç Abbasabad qalasına doğru hərəkət etdi. Avropa üslubunda tikilmiş bu qala Naxçıvan xanlığının müdafiəsində stratejik əhəmiyyət daşıyırdı. Abbas Mirzə qalanın müdafiəsini Ehsan xan Kəngərliyə tapşırmışdı. Məhəmmədəmin xan Dəvəli və bəxtiyarilərin başçısı Abbas xan ona dəstək üçün göndərilmişdilər. Qala ərəb qeyri-regulyar piyada qoşunu və Kəngərlilərin qoşun batalyonu tərəfindən müdafiə edilirdi. Ruslar nərdivanlar vasitəsilə qalaya dırmaşmaq istədikdə böyük itkilər verdilər və mühasirəyə davam etdilər. Ehsan xan Paskeviçlə gizli danışıqlara başladı və qalanın qapılarını ruslara açdı. O, Naxçıvan xanlığının naibi elan edildi. Abbas Mirzə Cavanbulaqda məğlub olduqdan sonra Naxçıvan xanlığı Rusiya vilayətinə çevrildi, ruslar üçün Təbrizə gedən yol açıldı.

1827-ci ilin yayının isti keçməsi İrəvan mühasirəsindəki Krasovskinin ordusuna əziyyət verirdi. Günəşdə temperatur 53,7 °C, kölgədə isə 41,2 °C idi. Yerli iqlim Rusiyadan təzə gələn əsgərlərin kütləvi şəkildə xəstəliklərə tutulmasına səbəb olurdu. Qızdırma və yayılan dizenteriyaya görə döyüşə girə biləcəklərin sayı 4000-dən az idi. Avqustda Paskeviç Qafqazdakı rus ordusunun vəziyyətini təsvir edərkən I Nikolaya məlumat verdi ki, istilər davam edir, otluq yoxdur, atlar yorulub və əsgərlərin üçdə bir hissəsi hospitaldadır. 1800 nəfərlik polklarda təqribən 1000 nəfər qalmışdı (qvardiyada isə xəstələr 200-dən çox deyildi, 900 nəfər isə silahlı idi). İki ay yağışsız keçdikdən sonra Krasovski mühasirədən vaz keçməyə məcbur edildi. Beləliklə, İrəvanın mühasirəsini dayandırmaq və payızın başlanmasından əvvəl dağlara hərəkət etmək qərara alındı. Mühasirənin dayandırılmasının başqa bir səbəbi də o idi ki, azuqə və mühasirə silahlarının gətirilməsi avqustdan əvvəl gözlənilmirdi. gecəsi diviziya mühasirə pozisiyasından geri çəkildi və Üçmüədzin monastırına getdi. Monastırda xəstə əsgərlər üçün xəstəxana qurulmuşdu. 24 iyunda 2000-ə qədər əsgər azuqənin hazırlanmasına başladı. Krasovski qida ehtiyatı topladıqdan və monastrı silahlandırdıqdan sonra bir süvari batalyonu və erməni könüllülərindən ibarət kiçik bir birliyi burda qoyaraq öz korpusu ilə birlikdə Baş-Abaranskoy yüksəkliklərinə getdi və Cenquli mərzində düşərgə saldı.

İrəvan sərdarı Hüseynqulu xan Üçmüədzin monastırında yalnız Sevastopol polkunun bir batalyonu olduğunu öyrənəndən sonra tarixində İrəvan qalasından hücuma keçdi. Bu zaman Araqaç () dağının mailliyində Krasovskinin əsgərlərinin hərəkətinə nəzarət etmək üçün Nağı xanın rəhbərliyi ilə 1000 nəfərlik qarapapaq süvari dəstəsi yerləşirdi. Monastırın mühasirəyə alındığı xəbərini alan Krasovski Üçmüədzinə doğru hərəkətə keçdi. Qaraqapaq dəstəsindən Krasovskinin hərəkətlərini öyrənən Hüseynqulu xan mühasirəni dayandırdı və əvvəl Sərdarabada doğru geri çəkildi, sonra da İrəvana getdi.

Uşaqan döyüşü

İlkin vuruşmalar 300px|thumb|right|Qafqazda hərbi düşərgə. Rəssam Q. F. Şukaev (1862) tarixində Abbas Mirzənin ordusu (22 topla 15 min süvari və 10 min piyada) Sərdarabad yaxınlığında Araz çayını keçərək İrəvan xanlığına soxuldu. O, tarixində Cenquli ilə Üçmüədzin arasında yerləşən Əştərək kəndini ələ keçirdi. Baş-Abaranskoy yüksəkliklərindəki rusların pozisiyasının əlçatmazlığını nəzərə alaraq, Abbas Mirzə əsgərlərini Oşakana apardı və ordugahını qurdu. səhərində rus ordugahı qarşısında 2 min Qacar süvarisi ortaya çıxdı. Onlar əvvəlcə kazak piketləri tərəfindən güllə atəşinə məruz qaldı. Kazakların köməyinə iki topla iki kazak sotnyası və piyadaların iki bayalyonu gəldikdən sonra Qacar süvariləri geri oturduldu. gecəsi Qacar süvariləri gizli şəkildə rusların ordugahına doğru irəlilədilər və dan yeri ağararkən kazak avanpostlarına hücum etdilər. Mübarizə aparan kazaklar piyadaların gəlişindən sonra Qacar ordusunu bütün istiqamətlərdə geri oturtdular. Eyni vaxtda Krasovski general Pyotr Truzson və 50 kazakla birlikdə Üçmüədzin yolunda kəşfiyyat işi aparırdı. Qarnıyarıq dağ dərəsində Truzson 5 kazakla birlikdə kəşfiyyat qrupundan irəlidə hərəkət edərək pusquda gizlənmiş əsgərləri gördülər və dayandılar. Təqribən 500 Qacar piyadası dəstənin arxasınca qaçdılar, ancaq rus piyadalarının gəlişini gördükdə geri qayıtdılar.

Bir müddət sonra Araqaç dağı və rus ordugahı arasında 4 min Qacar süvarisi ortaya çıxdı. Krasovski iki piyada batalyonu, 50-ə yaxın borçalılı (Azərbaycan türkü) süvari, iki top və manqa konqriv raketi ilə hücuma keçdi. "Düşmən dəstələrini dağıdan" 20 konqriv raketi buraxıldı. tarixində Üçmüədzin monastırı Qacarlar tərəfindən mühasirəyə alındı. tarixində monastır atəşə tutuldu. Top gurultusu hətta Cenqulidəki rus düşərgəsində də eşidilirdi. Rus düşərgəsi ilə rabitə kəsilmişdi. Üçmüədzindən düşərgəyə və düşərgədən Üçmüədzinə girmək istəyənlər Qacar ordusu tərəfindən tutulurdu. Ancaq Krasovski Qacar düşərgəsindən qaçan dörd nəfərdən bəzi məlumatları ala bildi. Həmin gün, günorta saat beşdə rus əsgərləri düşərgələrinin qabağında hücum üçün hazır vəziyyətdə idilər. Cenqulidə general-mayor Aleksandr Berxmanın rəhbərliyi altında Krım piyada polku, yarım bölük mexaniki hissə əsgərləri və 10 top qaldı.

Döyüş 200px|thumb|left|Əştərək döyüşünün planı