thumb Talavera-de-la-Reyna dulusçuluğu () — İspaniyanın Toledo əyalətinin Talavera-de-la-Reyna şəhərinə xas olan dulusçuluq. Son dövrlərində aparılmış arxeoloji qazıntılar zamanı bu dulusçuluq stilində hazırlanmış qablar, küpələr və digər əşyalar tapılmışdır. Bəzi materialların tarixi Qədim Roma imperiyasına qədər uzanır.
Ərəblər şəhərə yeni dulusçuluq texnikaları (eləcə də, yeni növ dulusçuluq üçün yeni növ soba) gətirmişdilər. Bu dövr zamanı qabların üzərində abstrakt motivlər olurdu. XV əsrdə Jan Floris Hollandiyadan yeni stil gətirmişdir. Jan Floris burada dulusçuluq müəssisəsi açaraq şəhərin dulusçuluq ənənəsinin əsasını başlatmışdır.Natacha Seseña: Cacharrería popular. La alfarería de basto en España; 1997, Alianza Editorial. ISBN 84-206-4255-X; p. 238.
Talavera keramikasından fəvvarələrin hazırlanmasında istifadə olunmuşdu: nümunələr Kuba və Braziliyada mövcuddur. Həmçinin binaların tikintisində də bu tərzdən istifadə olunmuşdur: Nyu-Orlean, Paris və Tokio şəhərlərində nümunələrini görmək mümkündür. Kral saraylarında və dünyadakı bir çox muzeylərdə istifadə edilməsi onun keyfiyyətindən xəbər verir.
Talavera-de-la-Reyna dulusçuluğunun bir çox stilləri vardır: Barokko İntibah Quş kolleksiyaları Ev kolleksiyaları Dini kolleksiyalar Ov səhnələri
Ruiz de Luna və Emilio Niveyro kimi emalatxanalarda hələ də Talavera-de-la-Reyna dulusçuluğunun ənənələri qorunub saxlanılır.
Qalereya
İstinadlar
Kateqoriya:İspaniya dulusçuluğu Kateqoriya:Azuleju